• $
  • €
  • ₽
  • ₺
  • £

Hesablama Palatası DTX-ya nə təqdim edib?

Hesablama Palatası DTX-ya nə təqdim edib?
05.04.2019 12:47
Hesablama Palatasının illik hesabatı Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin aprelin 5-də keçirilən iclasında müzakirəyə çıxarılıb.

Oxu.Az-ın xəbərinə görə, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib ki, Hesablama Palatası 2018-ci ildə 58 nəzarət tədbiri barədə qərar qəbul edib, bunların beşi analitik təhlil, 53-ü audit formasında həyata keçirilib:

"Audit yoxlamaları 9,3 milyard manat vəsaiti əhatə edib. Auditlərin 38-i Bakıda, ikisi xarici ölkələrdə yerləşən səfirliklərdə, digərləri regionlarda aparılıb. Auditlər zamanı 714 halda nöqsan aşkarlanıb. Bunların içərçisində büdcə qanunvericiliyinin pozulması, mühasibat və dövlət satınalmaları ilə bağlı nöqsanlar daha çox olub. O cümlədən, sosial müdafiə sahəsində də nöqsanlar aşkarlanıb”.   

Hesablama Palatasının sədri nəzərə çatdırıb ki, son beş ildə audit yoxlamaları nəticəsində 69,5 milyon manat vəsait dövlət büdcəsinə, 2,2 təşkilatlara, 2,6 milyon manat Dövlət Sosial Müdafiə Fondunun büdcəsinə bərpa edilib:

"Ümumilikdə isə son beş ildə ərzində 72,1 milyon manat vəsaitin bərpası təmin edilib. Bu müddət ərzində Hesablama Palatası Nazirlər Kabinetinə 21 təklif təqdim edib, bu təkliflərdən 13-ü qəbul edilərək müvafiq aktlarda dəyişikliklər edilib, dörd təklif məqbul sayılmayıb, dördünə münasibət bildirilməyib.

2018-ci ildə Hesablama Palatası Nazirlər Kabinetinə altı yeni təklif təqdim edib”.

V.Gülməmmədov deyib ki, hesabat ilində səkkiz nəzarət tədbirinin nəticələri barədə məlumatlar prokurorluq orqanlarına, bir nəzarət tədbiri barədə məlumat isə Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) təqdim edilib.

Hesabat ətrafında müzakirələrə başlanılıb.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol