• $
  • €
  • ₽
  • ₺
  • £

“O butikin bir kvadratına görə 210 min avro qazandıq” - Ağalarovlar “Forbes”də

“O butikin bir kvadratına görə 210 min avro qazandıq” - Ağalarovlar “Forbes”də
05.04.2019 16:09
Azərbaycanlı iş adamı Araz Ağalarovun sahibi olduğu "Krokus Group" şirkətinin 30 yaşı olur. "Forbes" jurnalının əməkdaşı bu münasibətlə şirkətin 15 illik prezidenti Araz Ağalarov və vitse-prezidenti Emin Ağalarovla görüşərək son dövrlər iqtisadiyyatda baş verən artım və inflyasiyanın onların işinə təsir edib-etmədiyi ilə maraqlanıb.

Anews.az qafqazinfo-ya istinadən xəbər verir ki, ata Ağalarov 2001-2008-ci illərin nəinki biznes, eləcə də ölkə üçün olduqca uğurlu illər olduğunu bildirib:

"Qızıl ehtiyatları 20 dəfə, ümumdaxili məhsul 5 dəfə, xarici investisiyalar isə 6 dəfə artdı. O zaman neft bahalaşanda valyuta dəhlizi anlayışı var idi: Səkkiz il ərzində dollar təxminən 30 rubl dəyərində oldu. Belə şəraitdə bəzi uzunmüddətli layihələri planlaşdırmaq mümkün idi. Bu gün dollar gah bahalaşır, gah da ucuzlaşır və dollardan asılı olaraq uçot dərəcəsi də gah artır, gah da azalır.

Bu gün Rusiya iqtisadiyyatında geriləmə müşahidə olunur. Belə ki, şirkətlər bağlanır, səhmlər dəyərsizləşir. Mənim proqnozuma görə, dolların qiyməti sabitləşdikdə Rusiya iqtisadiyyatı da inkişafa doğru gedəcək".

Emin Ağalarov jurnalistin "2002-ci ildə Rusiya iqtisadiyyatında problemlər olduğu zamanda "Krokus Siti Mall"u açdınız. O zamanlar belə lüks ticarət mərkəzi açmaq ağılsızlıq kimi görünürdü. Siz gördüyünüz işdən bu qədər əmin idinizmi?" sualına cavabında bildirib: 

"Araz İskenderoviç gələcək inkişaf üçün açıq bir plan olmadan nəsə icad etməyi və qurmağı xoşlayır. O vaxt bizim müsbət nəticəyə inamımız var idi. Lakin deyim ki, "Krokus Siti Mall" fikri ilə biz çox risk etdik.

İlk 6 ayda 50 müxtəlif brendin mağazasını açdıq. Bu, bizim ən uğurlu layihəmizdir. "Krokus Siti Mall" hər ay milyona yaxın ziyarətçiləri olan "Vegas"ın ticarət mərkəzlərindən 2 dəfə uğurludur. Burada aylıq ortalama 10 dəfə yüksəkdir. Məsələn, ötən il "Chanel" butiki "Krokus"da dünyanın bütün marka butikləri ilə müqayisədə kvadrat metrinə görə ən yüksək satış nəticəsi göstərdi, yəni, 210 min avro (400 min 806 AZN) əldə etdik. Bu, o deməkdir ki, biz hər şeyi düzgün etmişik. 


"Krokus Siti Mall" üzərində 15 il işləmək... Bu, mənim indiyə qədər məşğul olduğum ən çətin layihələrdəndir. Və mənə bütün bu mərhələlərdən yenidən keçmək təklif olunsa, imtina edərdim.

E.Ağalarov 3 il öncə rublun dəyərdən düşməsi nəticəsində icarə xərclərinin yarıbayarı azaldığını bildirib: "O zaman butiklərdə vəziyyət pisləşsə də, restorandan əldə edilən gəlirlər eyni səviyyədə qaldı. Elə o zaman mən fikrimi restoran işinə yönləndirdim. O zamandan bu günə qədər artıq 25 restoran, 3 butik açmışam".

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol