• $
  • €
  • ₽
  • ₺
  • £

DİQQƏTLİ OLUN!!! "Malyuktka" uşaq qidası ilə bağlı ARAŞDIRMA - VİDEO

DİQQƏTLİ OLUN!!! "Malyuktka" uşaq qidası ilə bağlı ARAŞDIRMA - VİDEO
05.04.2019 18:52
Ötən gün Azərbaycanda "Malyutka – 2” əmtəə nişanlı uşaq qidasının içərisindən yad cisimin aşkarlanması ilə bağlı məlumat yayılmışdı. Məlumat cəmiyyətdə ciddi rezonans doğurdu, hadisə ilə bağlı müxtəlif versiyalar səsləndirildi ki, onlardan da biri rəqibləri tərəfindən idxalçı şirkətin biznesinə xələl gətirmə cəhdi ilə bağlı oldu. 

Bunu nəzərə alaraq "Report”un çəkiliş qrupu sözügedən uşaq qidası ilə bağlı öz araşdırmasını apardı. 

Bakı şəhərində yerləşən bir neçə aptekə baş çəkən zaman əksər yerlərdə həmin uşaq qidasının satışının dayandırıldığının şahidi olduq. Apteklərdən birindən aldığımız "Malyutka – 2” əmtəə nişanlı uşaq qidasının içərisindən isə heç bir yad cisim aşkarlanmadı. Qutunun arxasında qidanın distributoru kimi "Veysəloğlu" MMC deyil, "İDC-2000” MMC olduğu göstərilmişdi (yad cisim çıxan qutunun arxasında isə distributorun "Veysəloğlu" MMC olduğu yazılıb).
Daha sonra çəkiliş qrupu "İDC-2000” MMC şirkətinə yollandı.

Şirkətin anbardarı Rafiq İbrahimov "Report”a bildirib ki, yad cisim aşkarlanan "Malyutka – 2” əmtəə nişanlı uşaq qidası ölkəyə "IDC 2000” MMC tərəfindən gətirilməyib. Şirkət rəsmisinin sözlərinə görə, həmin uşaq qidasının idxalı Azərbaycanda fəaliyyət göstərən digər şirkət tərəfindən həyata keçirilib: "Məhsullar Polşadan Azərbaycana gətirilən zaman AQTA tərəfindən nümunələr götürülərək ekspertizaya aparılır və müayinələrin nəticəsinə uyğun olaraq, məhsulun keyfiyyəti məlum olur. Bu günə qədər bizim idxal etdiyimiz məhsullar arasında xoşagəlməz hal yaşanmayıb. Anbarda gigiyena qaydalarına və malların saxlanma şəraitinə riayət olunur. Anbarın içərisində temperatur 14-15 dərəcə selsidə olur”

"Report”un çəkiliş qrupu "IDC 2000” MMC şirkətinin anbarında "Malyutka – 2” uşaq qidaları ilə də tanış olub, təsadüfi seçilmiş bir neçə qutunu açıb. Qutulardan normal uşaq qidaları çıxıb.

Qeyd edək ki, dünən məlum olub ki, yad cisim çıxan "Malyutka-2” əmtəə nişanlı uşaq qidasının distributoru "Veysəloğlu" şirkəti olub. "Veysəloğlu" şirkəti də açıqlama yayaraq ötən ildən "Nutricia" şirkətinin məhsullarının idxalını tam dayandırdığını bildirib.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bu gün "Malyutka- 2” əmtəə nişanlı uşaq qidalarından götürülən nümunələrin ekspertiza nəticələrini açıqlayıb.

Aparılan araşdırmalar nəticəsində qablaşdırmanın tamlığının məqsədyönlü şəkildə pozulduğu, içərisinə yad cisimlərin doldurularaq kustar üsullarla yenidən qablaşdırıldığı aşkar olunub.

AQTA: "Malyutka – 2” əmtəə nişanlı uşaq qidaları ölkəyə "İDC 2000” MMC tərəfindən idxal edilir. Digər qida məhsulları kimi "Malyutka – 2” əmtəə nişanlı uşaq qidaları da risk əsaslı ekspertizaya cəlb olunur və təhlükəsizlik göstəriciləri yoxlanıldıqdan sonra idxalına icazə verilir. Adı çəkilən məhsul idxal olunarkən 11 nümunə üzrə ekspertizaya cəlb edilmiş və istehlak üçün hər hansı uyğunsuzluq aşkar olunmayıb”.
 


www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İki psixiatriya müəssisəsində ciddi nöqsanlar aşkarlanıb
Cəmiyyət 13:43
İki psixiatriya müəssisəsində ciddi nöqsanlar aşkarlanıb
Ağdərə, Xocalı və Xocavəndə daha 73 ailə köçürülüb
Cəmiyyət 13:26
Ağdərə, Xocalı və Xocavəndə daha 73 ailə köçürülüb
Mətbuat Şurası bəyanat yayıb
Cəmiyyət 13:08
Mətbuat Şurası bəyanat yayıb
Bir sinifdə 52 şagird - valideyn şikayət etdi, direktor təkzib verdi
Cəmiyyət 12:52
Bir sinifdə 52 şagird - valideyn şikayət etdi, direktor təkzib verdi
Prosesin sürətlənməsinə ehtiyac var- deputat sənədsiz evlərdən danışdı
Cəmiyyət 12:34
Prosesin sürətlənməsinə ehtiyac var- deputat sənədsiz evlərdən danışdı
Axtarışda olan narkokuryer saxlanılıb
Cəmiyyət 12:25
Axtarışda olan narkokuryer saxlanılıb
Cinayətdə şübhəli bilinən 65 nəfər saxlanılıb
Cəmiyyət 12:06
Cinayətdə şübhəli bilinən 65 nəfər saxlanılıb
Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri yenidən bir araya gəlib
Cəmiyyət 11:50
Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri yenidən bir araya gəlib
Deputat ailə biznesləri üçün ayrıca inkişaf konsepsiyasının hazırlanmasını təklif edib
Cəmiyyət 11:38
Deputat ailə biznesləri üçün ayrıca inkişaf konsepsiyasının hazırlanmasını təklif edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol