• $
  • €
  • ₽
  • ₺
  • £

Pensiyaçılara şad xəbər

Pensiyaçılara şad xəbər
26.09.2014 14:39
Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu (DSMF) 2014-cü ilin sentyabr ayı üzrə əmək pensiyalarının maliyyələşdirilməsini vaxtından əvvəl başa çatdırıb.Fonddan ANS PRESS-ə verilən məlumata görə, DSMF-nin mərkəzi xəzinə hesabından pensiyaların maliyyələşdirilməsi üçün tələb olunan vəsaitin yerli orqanların hesablarına köcürülməsi sentyabr ayının 24-ü tarixinə tam yekunlaşıb və pensiyaların vətəndaşların şəxsi hesablarına köçürülməsi təmin olunub.Ümumilikdə bu ilin 8 ayı ərzində DSMF-yə daxilolmaların səviyyəsi pensiya və müavinətlərin qrafikdən əvvəl maliyyələşdirilməsinə imkan verib. 8 ay ərzində Fondun gəlirləri 1904,2 milyon manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 8,8 faiz və ya154,6 milyon manat çoxdur. Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar əvvəlki ilin müvafiq dövrünə nisbətən 11 faiz artaraq 1107,9 milyon manata çatıb. Bu daxilolmaların 64,8 faizi və ya 717,8 milyon manatı qeyri-büdcə sektorunun payına düşüb ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 13,1 faiz və ya 83,1 milyon manat çoxdur.2014-cü ilin 8 ayı ərzində Fondun xərcləri 1899,1 milyon manat olub və bunun 98,1 faizi pensiya və müavinətlərin maliyyələşdirilməsinə yönəldilib.Azərbaycanda ölkə üzrə pensiyaların orta aylıq məbləği hər il yüksələn dinamika ilə artır. Belə ki, bu göstərici 2006-cı il yanvarın 1-nə 29,8 manat olduğu halda, 2007-ci il yanvarın 1-nə 41,1 manat, 2008-ci il yanvar 1-nə 62,9 manat, 2009-cu il yanvarın 1-nə 95,8 manat, 2010-cu il yanvarın 1-nə 100,4 manat, 2011-ci il yanvarın 1-nə 112,9 manat, 2012-ci il yanvarın 1-nə 145,1 manat, 2013-cü il yanvarın 1-nə 152 manat təşkil edib. Hazırda isə ölkə üzrə pensiyaların orta aylıq məbləği 172,2 manata çatıb. Nəticədə müasir sığorta-pensiya sisteminin fəaliyyətə başladığı dövrdən indiyədək əmək pensiyalarının minimum məbləği 4 dəfə, orta aylıq məbləği isə 5,8 dəfə artıb. Əldə olunan bu nailiyyətlər Azərbaycanda yoxsulluq probleminin həllinin mühüm vasitələrindən biri kimi sosial sahədə, o cümlədən sığorta-pensiya sistemində sürətli islahatların aparılması və pensiyaların davamlı artırılmasına dair Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin qəbul etdiyi ardıcıl qərarların real nəticəsidir.2014-cü ilin 1 iyul tarixinə Azərbaycanda əmək pensiyası alan şəxslərin sayı 1 miyon 284 min 974 nəfər təşkil edib. Onların 61,1 faizini yaşa görə, 28,1 faizini əlilliyə görə, 10,8 faizini isə ailə başcısını itirməyə görə əmək pensiyası alanlar təşkil edib.ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol