• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanın 10 milyonuncu adamının adı nə olacaq? – Atası DANIŞDI

Azərbaycanın 10 milyonuncu adamının adı nə olacaq? – Atası DANIŞDI
06.04.2019 16:36
"Hər şey qaydasındadır, ananın da, övladımızın da durumu yaxşıdır”.
 
Bu barədə Modern.az-a Azərbaycanın 10 milyonuncu sakininin valideyni Rauf Həsənov danışıb. O qeyd edib ki, rəsmi qurumlar, nazirliklərin səlahiyyətliləri ailə ilə  yaxından maraqlanıblar:
 
"Övladımız Respublika Perinatal Mərkəzində dünyaya gəldi. Elə səhər saatlarından həkimlər də, xəstəxana işçiləri də həm anaya, həm uşağa diqqət göstərirlər. Rəsmi qurumların səlahiyyətliləri dəfələrlə zəng edib, maraqlanıblar. Hər şey qaydasındadır”.
 
R.Həsənov körpənin adının nə qoyulacağı ilə bağlı da danışıb:
"Hələlik adını düşünməmişik. Bu gün axşam ailəmizdə müzakirə aparıb, ortaq qərarla uyğun isim düşünəcəyik. İlk övladımız olduğu üçün bu, çox sevinclidir”.
 
Qeyd edək ki, Bakı şəhərində dünyaya gələn qız uşağının valideynləri keçmiş Ağdərə rayonu sakini, hazırda Ağdam rayonunun Baş Güneytəpə kəndində qeydiyyatda olan məcburi köçkün Ocaqova Nigar Çərkəz qızı və Həsənov Rauf Yunis oğludur.
 
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 10 milyonuncu sakininin dünyaya gəlməsi münasibəti ilə Azərbaycan xalqını təbrik edib.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol