• $
  • €
  • ₽
  • ₺
  • £

MTRŞ-dan Vaqif Mustafayevə ciddi - Tapşırıq

MTRŞ-dan Vaqif Mustafayevə ciddi - Tapşırıq
08.04.2019 14:29
Müğənni Rüfət Axundovun efirə buraxılmaması ilə bağlı artıq bu gün televiziya və radio kanallarının rəhbərlərinə şifahi olaraq məlumat verilib.

Anews.az xəbər verir ki, bu barədə qafqazinfo-ya Milli Televiziya və Radio Şurasının Aparat rəhbəri Asəf Hacıyev məlumat verib. O bildirib ki, bu barədə rəsmi yox, şifahi olaraq məlumat verilib: "Təbii ki, "Space" kanalının rəhbərliyi də bu məsələdən xəbərdardır. Dedilər ki, bununla bağlı problem yoxdur. 

Televiziyanın 5000-8000 manat məbləğində cərimələnməsi məsələsinə isə hakim özü baxacaq. Biz ayın 4-də Yasamal Rayon Məhkəməsinə müraciət etmişik. Kanalın aparıcısı Anar Vaqifoğlu artıq işdən uzaqlaşdırılıb. Efir rejisosoru Etibar Mustafayev də işdən uzaqlaşdırılıb. Kanalın rəhbərliyinə də ciddi tapşırıq verilib". 

Kanalların şifahi xəbərdarlığa əməl etməyə borclu olub-olmamasına gəlincə isə A.Hacıyev qeyd edib ki, kanallara, sadəcə, xəbərdarlıq edilir:

"Artıq bundan sonrakı məsələ kanalların öz işidir. Dəvət edə və etməyə də bilərlər. Biz kanalların yaradıcılıq işinə qarışa bilmirik. Ona görə də şifahi olaraq xəbərdarlıq edirik. Məsələni bu cür qoymuşuq ki, qeyri-etik ifadə işlədən adam necə olur ki, başqa kanallara dəvət olunsun?!

Müğənni öz səviyyəsini, mədəniyyətini bununla göstərdi. Televiziyalara camaat  baxır. Afət Fərmanqızı ilə bağlı məsələni qoyduq və əməl olunub. Biz Milli Teleradio Şurası olaraq öz üzərimizə düşən işi gördük". 

A. Hacıyev kadrın montaj edilib-edilməməsindən də danışıb. O vurğulayıb ki, montaj məsələsini aydınlaşdırmaq üçün videoya bir neçə dəfə baxılıb: "Müğənni özü deyir ki, montaj edilib. Biz Rüfət Axundovu tanımırıq ki?! Dəfələrlə baxdıq və gördük ki, montaj söhbəti yoxdur. Özü də veriliş canlı yayımlanıb. Rüfət Axundov özü yerləşdiyi videoda həmin hissəni montaj edib. Özünə haqq qazandırmaq istəyir, bu isə artıq gecdir".

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəmiyyət 17:01
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol