• $
  • €
  • ₽
  • ₺
  • £

Səlim Müslümova "rəhmət", Sahil Babayevə "lənət" deyən kürdəmirlilərdən - ŞİKAYƏT

Səlim Müslümova "rəhmət", Sahil Babayevə "lənət" deyən kürdəmirlilərdən - ŞİKAYƏT
12.04.2019 11:01
Kürdəmir rayon sakinlərinin Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayeva şikayətləri var. 

Sakinlərinin sözlərinə görə, nazirin göstərişi ilə aparılan islahatlar  Kürdəmir rayonunu əhatə etmir. 51 rayon sakininini Anews.az-a ünvanladıqları  elektron məktubda bildiriblər ki, nazir Sahil Babayevdən narazıdırlar. İş hətta o yerə çatıb ki,  keçmiş nazir Səlim Müslümovun "ölənlərinə rəhmət oxuyurlar". Onlar həmçinin qeyd ediblər ki, bu narazılığın mənbəyi ya nazir Sahil Babayev, ya da DSMF-nin Kürdəmir rayon şöbəsindəki kadrlarıdır.


"Biz Kürdəmir sakinlərinin konkret olaraq şikayəti DSMF-nin Kürdəmir rayon şöbəsinin Sosial yardım və sosial müavinətlər sektorunun müdiri Hamil Hidayətov u və həmin sektorun məsləhətçisi Ramin Mürsəlovdandır. Bildiyimiz kimi sosial yardım və sosial yardımın təyinatı bu iki şəxsin əlində cəmləşib. Hər gün xeyli vətəndaş sosial müavinətin təyin (uşağın anadan olmasına görə verilən birdəfəlik müavinət, dəfn üçün müavinət, penitensiar müəssisələrdə çəzaçəkmədən azad olunan şəxslər verilən müavinət və s) olunması üçün  Hamil Hidayətov və Ramin Mürsəlova üz tuturlar. Uşağn anadan olmasına görə verilən (süd pulu) müavinətin təyin olunması üçün bu iki şəxs  hər bir vətəndaşdan 10-15 manat, cəzaçəkmə müəssisələrindən azad olunan şəxslərə müavinətin təyin olunamsı üçün isə 40-50 manat rüşvət tələb edirlər. İnsanlar etirazını bildirkdə isə deyirlər ki, bəs "bizim idarənin qarşısına tapşırıq qoyulub. Sahil Babayevin, nazirlikdəki digər vəzifəli şəxslərin haqqı çatmalıdır. Bizim ailəmiz, uşağımız var, biz özümüz də dolanmalıyıq", deyə məktubda bildirilir.

Şikayətçilərin sözlərinə görə, digər narazı olduqları məsələ isə ünvanlı sosial yardımın verilməsi qaydalarıdır.
      
Onlar bildirir ki, ünvanlı Dövlət Sosial Yardımı (ÜDSY) üçün müraciət prosedurları elektronlaşsa da, Kürdəmirdə hələ də bu "yardım” rüşvətlə başa gəlir. Belə ki, aztəminatlı ailənin təmsilçisi bir qədər pulundan keçib, lazımi sənədləri almaq, özünün təmsilçilik hüququnu rəsmiləşdirmək üçün sənədlərin dövlət rüsumlarını ödəməlidir. 

Ardınca vətəndaş özü haqqında məlumatları VEMTAS-a daxil edir. Bu hələ hamısı deyil! 
Əgər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bu işlərə məsul nümayəndələri müraciətçinin sənədlərində elektron olaraq, bir problem tapıb "VEMTAS” sistemi ilə imtina sms-i göndərməsələr belə, işin yarısını alınmış saymaq olar. 

Daha sonra vətəndaşın qeydiyyatda olduğu rayon üzrə Dövlət Sosial Müdafiə Mərkəzinin əməkdaşları Hamil Hidayətovl və ya Ramin Mürsəlov vətəndaşın evinə, yaşayışına baxış keçirib, müayinə aktı imzalayırlar  və yenidən yardım üçün rüşvət mexanizmi işə düşür. Bu rüşvət mexanizmi necə işə düşür?
 
Belə ki, vətəndəş  tutaq  VEMTAS-a bir baş inək, 5 baş qoyun, 12 sot həyətyanı torpaq sahəsinin olması barədə məlumat daxil edir. Bu vətəndaşın maddi-məişət şəraitini Hidayətov və ya Mürsəlov yoxlayarkən aşkar edir ki, vətəndaşın bir baş inəyi yox 5 baş inəyi var, beş baş qoyunu 10 baş qoyunu var, 12 sot həyətyanı torpaq sahəsi yox 50 sot həyətyanı torpaq sahəsi var. Hə bax burda rüşvət mexanizmi  işə düşür.
 
Bunlar vətəndaşa bildirir ki, mən aşkar etdiklərimi olduğu kimi müayinə aktına qeyd etsəm sənə avtomatik imtina veriləcək və sən bir il sosial yardıma müracət hüququndan məhrum ediləcəksən.Bu məlumatları qeyd etməmək üçün isə vətəndaşdan 1000-1500 manat rüşvət tələb edirlər.
 
Şikayətçilər Əmək və Əhalinin sosial müdafiə nazirliyi, Baş prokurorluq, Prezident Admnistrasiyasna  müraciət edərək Hidayətov  və Mürsəlov barədə tədbir görməyə çağırsalar da adı çəkilən məmurlar barədə hələ də heç bir tədbir grülməyib.  


Redaksiyamıza daxil olan müraciətdə həmçinin bildirilir ki, məktubu imzalayan 51 sakindən başqa  adlarını açıqlamaq istəməyən DSMF-nin Kürdəmir rayon şöbəsinin Mühasibat uçotu, Pensiya Təyinatı və sosial sığorta sektornun əməkdaşları da,  təsdiq edirlər ki, sosial yardım sosial müavinətlər sektorunun müdiri Hamil Hidayətov  və həmin sektorun məsləhətçisi Ramil Mürsəlov vətəndaşlardan rüşvət almaqla məşğuldur və bu faktı bir daha təsdiq edirlər. 
 
 
Məsələ ilə bağlı Əmək və Əhalinin sosial müdafiəsi Nazirliyinə sorğu göndərdik. Göndərdiyimiz sorğuya cavab olaraq  Əmək və Əhalinin sosial müdafiəsi Nazirliyinin mətbuat katibi Fazil Talıbov bildirdi ki, bununla bağlı hazırda nazirlikdə araşdırma aparılır və onun nəticəsini bizimlə mütləq bölüşəcək. Biz də öz növbəmizdə Nazirliyin gəldiyi qənaəti oxucularımıza çatdırmağa söz veririk.

Minira Qubatova

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol