• $
  • €
  • ₽
  • ₺
  • £

"Dünyaya gətirdiyi hər uşağa öz övladı kimi baxırdı" – Mərhum ginekoloqun həyat yoldaşı – VİDEO

"Dünyaya gətirdiyi hər uşağa öz övladı kimi baxırdı" – Mərhum ginekoloqun həyat yoldaşı – VİDEO
09.04.2019 12:38
ARB TV-nin "Bu qədər” proqramının növbəti buraxılışında mərhum ginekoloq Səbinə Mirzəyevanın həyatından danışılıb.

Övladları və həyat yoldaşı onun haqqında xatirələrini bölüşüblər:

Zaur Qasımov – Həyat yoldaşı: "Səbinə peşəsinin vurğunu idi. Dünyaya gətirdiyi hər uşağa öz övladı kimi baxırdı. Övladlarına qarşı çox məsuliyyətli idi, onlarla bağlı hər şeylə maraqlanırdı. Onlarla qürur duyurdu”.

Tamerlan Qasımov – Oğlu: "Baxmayaraq ki, o bütün gün işdə olurdu, nə vaxt lazım olsa, o mənə kömək edirdi. Mənə, qardaşıma, başqalarına da vaxt ayırırdı. Anamla harasa gedəndə onu tanıyırdılar. Bu mənim çox xoşuma gəlirdi. Anamın sayəsində mən hər şeyə daha yaxşı adaptasiya oluram. O məni elmə həvəsləndirib. Anam mənim savadlı olmağımı istəyirdi, lakin mənə heç nəyi məcbur etmirdi. Məni diplomat kimi görmək istəyirdi. Baxmayaraq ki, mən atam kimi ekonomik sferaya yönəlirəm. Diplomatiya və iqtisadiyyat arasında çox düşünürəm. Hələ ki, kim olacağımı bilmirəm”.

Süleyman Qasımov – Oğlu: "Anamla gəzməyə gedəndə belə o, telefonla pasientləri ilə danışırdı. Biz ona deyirdik ki, heç olmazsa, burada dincəl, axı biz istirahətə gəlmişik. Amma o yenə də işləyirdi. İşi çox olduğundan məktəbə çox gəlmirdi. Lakin dərs ili başlamazdan əvvəl o bütün mağazaları gəzib bizim üçün ən yaxşı məktəb ləvazimatlarını alırdı. O, bizim üçün çalışırdı”.


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İki psixiatriya müəssisəsində ciddi nöqsanlar aşkarlanıb
Cəmiyyət 13:43
İki psixiatriya müəssisəsində ciddi nöqsanlar aşkarlanıb
Ağdərə, Xocalı və Xocavəndə daha 73 ailə köçürülüb
Cəmiyyət 13:26
Ağdərə, Xocalı və Xocavəndə daha 73 ailə köçürülüb
Mətbuat Şurası bəyanat yayıb
Cəmiyyət 13:08
Mətbuat Şurası bəyanat yayıb
Bir sinifdə 52 şagird - valideyn şikayət etdi, direktor təkzib verdi
Cəmiyyət 12:52
Bir sinifdə 52 şagird - valideyn şikayət etdi, direktor təkzib verdi
Prosesin sürətlənməsinə ehtiyac var- deputat sənədsiz evlərdən danışdı
Cəmiyyət 12:34
Prosesin sürətlənməsinə ehtiyac var- deputat sənədsiz evlərdən danışdı
Axtarışda olan narkokuryer saxlanılıb
Cəmiyyət 12:25
Axtarışda olan narkokuryer saxlanılıb
Cinayətdə şübhəli bilinən 65 nəfər saxlanılıb
Cəmiyyət 12:06
Cinayətdə şübhəli bilinən 65 nəfər saxlanılıb
Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri yenidən bir araya gəlib
Cəmiyyət 11:50
Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri yenidən bir araya gəlib
Deputat ailə biznesləri üçün ayrıca inkişaf konsepsiyasının hazırlanmasını təklif edib
Cəmiyyət 11:38
Deputat ailə biznesləri üçün ayrıca inkişaf konsepsiyasının hazırlanmasını təklif edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol