• $
  • €
  • ₽
  • ₺
  • £

Buraxılış imtahanlarının sualları sosial şəbəkələrdə yayıldı - "Nəticələri ləğv olunacaq"

Buraxılış imtahanlarının sualları sosial şəbəkələrdə yayıldı - "Nəticələri ləğv olunacaq"
09.04.2019 14:30
Məlum olduğu kimi, aprelin 7-də Dövlət İmtahan Mərkəzi (DİM) Bakı, Şirvan şəhərləri və Naxçıvan Muxtar Respublikasının 11-ci sinif şagirdləri üçün buraxılış imtahanı keçirib. İmtahanla bağlı cəmiyyət tərəfindən birmənalı qarşılanmayan məqamlardan biri imtahandan sonra bəzi şagirdlərin sualları internetdə paylaşması olub.

Anews.az xəbər verir ki, məsələ ilə bağlı DİM-dən lent.az-a bildirildi ki, belə hallara yol verən şagirdlər barkodlar vasitəilə asanlıqla müəyyən edilir və onların imtahan nəticələri ləğv olunur: "Ona görə imtahanda iştirak edəcək şagirdlərə tövsiyəmiz odur ki, imtahan qaydalarına düzgün əməl etsinlər, əks-təqdirdə həmin şagirdlərin nəticələri ləğv olunacaq". 

Təhsil üzrə ekspert Kamran Əsədov məsələ ilə bağlı lent.az-a açıqlama verib: "Təəssüflər olsun ki, imtahandan sonra sosial şəbəkələrdə imtahan bitdikdə sual kitabçası nəzarətçiyə təhvil verilməli olduğu halda, bəzi şagirdlərin internetdə imtahana düşən sualları paylaşma hallarının şahidi olduq. Bu, onu göstərir ki, imtahanların təşkili və təhlükəsizliyi yaxşı təşkil olunmayıb. İmtahan nəzarətçiləri, imtahan rəhbərləri vəzifələrinin öhdəsindən gələ bilməyiblər, səhlənkarlığa yol veriblər. Bilirsiz ki, imtahanlar bölgələr üzrə fərqli tarixlərdə keçirildiyindən sosial şəbəkələrdə yayılan bu cavablar və həll yolları hələ imtahan verməmiş hər hansı bölgə abituriyentinin, sadə dildə desək, işinə yarayır. Məsələn, Bakıda imtahan verən şagird sual kitabçasını hər hansı qeyri-qanuni yolla əldə edibsə, bunu sosial şəbəkədə paylaşaraq və ya sualları müəlliminə ötürərək növbəti günlər ərzində imtahan verəcək şagirdlərə "yardım" etməyə çalışır".

K.Əsədov onu da vurğulayıb ki, əslində sual kitabçasını çıxarmağa nail olan şagirdlər özlərinə ziyan vurmuş olurlar. "Belə ki, növbəti imtahan verəcək şagirdin nəticəsi ondan yüksək olacaq və yekunda sualları paylaşan şəxsdən çox bal toplayıb uğur qazanacaq".

Təhsil eksperti onu da deyib ki, bölgələr üzrə fərqli tarixlərdə keçirilən buraxılış imtahanlarında istifadə olunan suallar bir-birindən tamamilə fərqlidir. "Amma sualların quruluşu, test tapşırıqlarının tipi baxımında oxşarlıq ola bilər və olacaq. Bütün hallarda buraxılış imtahanlarından sual kitabçalarının çıxarılması qəti şəkildə qadağan olunduğu halda, bunun həyata keçirilməsi imtahanın təşkililindəki qüsurları göstərir. Buna görə şagirdləri cəzalandırmaq yerinə, imtahanı təşkil edənlər işlərinə daha ciddi, daha peşəkar yanaşmalıdırlar. Onların səhlənkarlığının, vəzifələrinin öhtəsindən gələ bilməməsinin cəzasını şagirdlər çəkməməlidirlər. Onlar boşluqdan istifadə ediblər və  fəaliyyətlərindəki yarıtmazlığı göstəriblər".

K.Əsədov imtahanla bağlı vacib məqamı bir daha xatırladıb. Dediyinə görə, I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq üçün müsabiqə zamanı abituriyentlərin buraxılış imtahanından əldə etdikləri nəticələri də nəzərə alınacaq və qəbul imtahanından toplanılan balın üzərinə əlavə olunacaq: "Ona görə də imtahanın birinci mərhələsi olduqca önəmlidir. Yəni, abituriyentlər buraxılış və qəbul imtahanlarında topladıqları balların cəminə (maksimal bal - 300+400=700 bal) əsasən, ali təhsil müəssisələrinin müsabiqəsində iştirak edəcəklər".

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İki psixiatriya müəssisəsində ciddi nöqsanlar aşkarlanıb
Cəmiyyət 13:43
İki psixiatriya müəssisəsində ciddi nöqsanlar aşkarlanıb
Ağdərə, Xocalı və Xocavəndə daha 73 ailə köçürülüb
Cəmiyyət 13:26
Ağdərə, Xocalı və Xocavəndə daha 73 ailə köçürülüb
Mətbuat Şurası bəyanat yayıb
Cəmiyyət 13:08
Mətbuat Şurası bəyanat yayıb
Bir sinifdə 52 şagird - valideyn şikayət etdi, direktor təkzib verdi
Cəmiyyət 12:52
Bir sinifdə 52 şagird - valideyn şikayət etdi, direktor təkzib verdi
Prosesin sürətlənməsinə ehtiyac var- deputat sənədsiz evlərdən danışdı
Cəmiyyət 12:34
Prosesin sürətlənməsinə ehtiyac var- deputat sənədsiz evlərdən danışdı
Axtarışda olan narkokuryer saxlanılıb
Cəmiyyət 12:25
Axtarışda olan narkokuryer saxlanılıb
Cinayətdə şübhəli bilinən 65 nəfər saxlanılıb
Cəmiyyət 12:06
Cinayətdə şübhəli bilinən 65 nəfər saxlanılıb
Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri yenidən bir araya gəlib
Cəmiyyət 11:50
Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri yenidən bir araya gəlib
Deputat ailə biznesləri üçün ayrıca inkişaf konsepsiyasının hazırlanmasını təklif edib
Cəmiyyət 11:38
Deputat ailə biznesləri üçün ayrıca inkişaf konsepsiyasının hazırlanmasını təklif edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol