• $
  • €
  • ₽
  • ₺
  • £

11 uşaqlı ailə - Kiçiyi 10 aylıq, böyüyü 22 yaşında - FOTOLAR

11 uşaqlı ailə - Kiçiyi 10 aylıq, böyüyü 22 yaşında - FOTOLAR
09.04.2019 15:34
Qusar şəhərində yaşayan Məmmədovlar ailəsində 11 uşaq böyüyür. Onlardan 3-ü qız, 8-i isə oğlan uşağıdır. Ailənin ən böyük oğlu Tacəddinin 22 yaşı var. Ən kiçiyi Süleyman isə hələ on aylıqdır.

Anews.az AZƏRTAC-a istinadən xəbər verir ki, 49 yaşlı İ.Məmmədovun səhər tezdən ilk işi övladlarını şəxsi mikroavtobusu ilə məktəbə aparmaqdır. Onun 5 uşağı məktəbdə oxuyur. İkisi isə orta təhsilini başa vurub. Böyük övladı Tacəddin Bakı şəhərində işləyir.

İlqar Məmmədov ailəsini tikintidə çalışmaqla dolandırır. Bununla yanaşı, Məmmədovlar çoxuşaqlı ailələrə dövlət dəstəyindən də faydalanırlar. Ailədə yaşı uyğun olan 9 uşağa görə hər ay dövlət tərəfindən müavinət verilir.

"11 uşağım var. Səhər yuxudan tez oyanıram. Uşaqları məktəbə yola salırıq. Hava soyuq olanda uşaqları məktəbə mikroavtobusumla aparıram. Allahın verdiyi övladlardır. Allah verdiyi övlada istəmirik deyə bilmərik. Bizdə uşaqlara qarşı böyük məhəbbət var. Övladlarımızı saxlamaq üçün zəhmətə qatlaşırıq. Çətinliklər, əziyyət də var. Amma şad günlərimiz daha çox olur”,- deyə İlqar Məmmədov bildirir.

İlqar Məmmədov həm də musiqiçidir. Əvvəllər el şənliklərində və toylarda gitara ifa edib.

44 yaşlı Səidə Məmmədova övladlarını çox sevdiyini, onları bir-birindən ayırmadığını deyir: "Hamısını çox istəyirəm. Ana üçün fərqi yoxdur. Çoxu oğlan uşaqlarıdır. Əlbətdə böyütmək asan deyil. Amma Allahın köməyi ilə böyüdürük. Uşaqlar hər işdə kömək edirlər. Böyük qızım xəmir yoğurmaqda, çörək bişirməkdə mənə kömək olur”.

Səidə Məmmədova bir hadisəni xatırlayaraq gülümsəyir: "Təsəvvür edin, bir dəfə uşaqlar yoldaşımla parka gedib. Qayıdanda baxıram ki, birini orada unudublar. Sonra polis tapıb gətirdi”.

Uşaqların adları Tacəddin, Yəhya, Ağsu, David, Salim, Səma, Yusif, Yunis, Musa, Sara və Süleymandır. Ağsu rayonda musiqi məktəbində pianino ixtisası üzrə təhsil alır. Yunis isə atası kimi gitara ifa edir. Səma mahnı oxumağı çox sevir. Ailənin ən dəcəl övladı isə 2 yaşlı Saradır. Uşaqların arzu və istəkləri fərqlənsə də, onları birləşdirən əsas dəyər ailə sevgisidir.
 




www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İki psixiatriya müəssisəsində ciddi nöqsanlar aşkarlanıb
Cəmiyyət 13:43
İki psixiatriya müəssisəsində ciddi nöqsanlar aşkarlanıb
Ağdərə, Xocalı və Xocavəndə daha 73 ailə köçürülüb
Cəmiyyət 13:26
Ağdərə, Xocalı və Xocavəndə daha 73 ailə köçürülüb
Mətbuat Şurası bəyanat yayıb
Cəmiyyət 13:08
Mətbuat Şurası bəyanat yayıb
Bir sinifdə 52 şagird - valideyn şikayət etdi, direktor təkzib verdi
Cəmiyyət 12:52
Bir sinifdə 52 şagird - valideyn şikayət etdi, direktor təkzib verdi
Prosesin sürətlənməsinə ehtiyac var- deputat sənədsiz evlərdən danışdı
Cəmiyyət 12:34
Prosesin sürətlənməsinə ehtiyac var- deputat sənədsiz evlərdən danışdı
Axtarışda olan narkokuryer saxlanılıb
Cəmiyyət 12:25
Axtarışda olan narkokuryer saxlanılıb
Cinayətdə şübhəli bilinən 65 nəfər saxlanılıb
Cəmiyyət 12:06
Cinayətdə şübhəli bilinən 65 nəfər saxlanılıb
Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri yenidən bir araya gəlib
Cəmiyyət 11:50
Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri yenidən bir araya gəlib
Deputat ailə biznesləri üçün ayrıca inkişaf konsepsiyasının hazırlanmasını təklif edib
Cəmiyyət 11:38
Deputat ailə biznesləri üçün ayrıca inkişaf konsepsiyasının hazırlanmasını təklif edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol