• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda şagirdlər arasında dava - Ölən var

Bakıda şagirdlər arasında dava - Ölən var
29.05.2020 10:31
Daha bir orta məktəbdə ölüm hadisəsi baş verib. Söhbət Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsindəki H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbdən gedir.

Bu barədə cebhe.info-ya etibarlı mənbədən məlumat daxil olub. Məlumata görə, 11-ci sinif şagirdləri arasında yaranan münaqişə ölümlə nəticələnib. Məktəblilər arasında mübahisə martın 4-də fiziki tərbiyə dərsində baş verib.

Dava zamanı döyülən və ciddi xəsarət alan şagirdlərdən biri huşunu itirərək yerə yıxılıb. Bunu görən digər sinif yoldaşları dərhal məktəbin tibb məntəqəsinə gələrək İlkin adlı şagirdin özünü pis hiss etdiyini xəbər veriblər. İlkinin sinif yoldaşları əvvəlcə onun stadionda topu atanda yıxıldığını deyiblər. Məktəbin tibb bacısı, eləcə də müəllim heyəti stadiona gedib və həqiqətən də İlkinin vəziyyətinin kritik olduğunu görüb.

Məktəbə çağırılan təcili tibbi yardım briqadası İlkini şəhər xəstəxanalarından birinə aparıb. 20-21 gün koma vəziyyətində qalan İlkin Novruz bayramı ərəfəsində vəfat edib. Mənbənin bildirdiyinə görə, ölən şagird sinif yoldaşları Kənan və Elşən tərəfindən döyülüb. İddialara görə, mübahisə İlkinin söyüş söyməsi ilə qızışıb və o, ciddi xəsarət alıb. O da bildirilir ki, dəyən zərbələrdən onun qabırğası sınıb və nəticədə ciyəri zədələnib. Mənbənin sözlərinə görə, İlkin həmin gün xəstə olub, anası onu dərsə buraxmayıb. Amma İlkin üçüncü dərs saatında məktəbə gedib.

Baş verən hadisə Novruz bayramına təsadüf etdiyindən hadisə açıqlanmayıb. Məlumatlara görə, məktəb direktorunun iştirakı ilə müəllimlər və eləcə də şagirdlər İlkinin tibbi xərclərinə kömək məqsədilə 2500 manata qədər pul yığıblar. Hətta Xəzər Rayon Polis İdarəsindən gələn müstəntiq şagirdlərin izahatını da götürüb. Hazırda hadisədə adı çəkilən 2 şagirdin Kürdəxanıdakı istintaq təcridxanasında saxlanıldığı bildirilir.

Cebhe.info hadisə ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mətbuat xidmətini rəhbəri Bəşarət Məmmədovla əlaqə saxlayıb. Onun mövqeyini olduğu kimi dərc edirik:

"Valideyni filan ilə danışmışınızmı? Belə hal olsa, indiyə qədər qalardı? Hər halda maraqlanın. Nə yaxşı məlumatı hüquq- mühafizə orqanından almırsız? Siz də maraqlanın, biz də şey edək, görək nə olsa, əlaqə saxlayaq".

H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbin direktoru Vəli Hüseynlinin isə mövqeyi eyniylə belə olub: "Bu hadisə barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinə məlumat vermişik, oradan alarsız".

Həmin məlumatın bizə də verilməsini təkid etdikdə, direktor "Mən axı bilmirəm siz kimsiz", - deyə cavabdan yayınıb. "Yanımda qonaqlar var, iclasdayam, danışa bilmirəm. Üzrlü sayın",- deyə əlaqəni yarımçıq kəsib.

Qeyd edək ki, Bəşarət Məmmədov daha sonra bizimlə əlaqə saxlayaraq məsələni araşdıracağını və bu barədə məlumat verəcəyini bildirib.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Cəmiyyət 14:19
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Cəmiyyət 12:32
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Cəmiyyət 12:05
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Cəmiyyət 11:38
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Cəmiyyət 11:36
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Cəmiyyət 11:16
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
Cəmiyyət 11:03
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Cəmiyyət 11:00
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Cəmiyyət 10:40
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol