• $
  • €
  • ₽
  • ₺
  • £

“Quran”da adı keçən nadir quş Lənkəranda tapıldı - FOTO

“Quran”da adı keçən nadir quş Lənkəranda tapıldı - FOTO
09.04.2019 19:48
Lənkəranda Əbabil quşu tapılıb. 
Oxu.Az-ın bölgə müxbirinin verdiyi məlumat görə, çox nadir hallarda rast gəlinən əbabil quşları Lənkəranda yaşayan Rzayevlər ailəsinin evinə daxil olublar. 
Ev sahibi Elmira Rzayeva deyir ki, bu quşlar əvvəllər də tək halda onların evinə gəliblər. Amma sonuncu dəfə üç əbabil quşu evin daxilindəki pilləkənlərdə oturaq halda gözə dəyiblər. 

Quşların uçmadığını görən ev sahibi onları qutuda saxlamaq qərarına gəlib. Lakin quşlar evə gəldikləri günün səhəri otaqlarda qanad açıb uçmağa başlayıblar. 
Özünəməxsus xüsusiyyətlərə malik olan Əbabil nadir quşlardan biridir. Bu quşlar haqqında "Quran-i-Kərim”in "Fil” surəsində də geniş məlumat verilib. 
Əbabil quşları ömürlərinin çox hissəsini səmada uçmaqla keçirirlər. Yerə təkcə qidalanmaq üçün qonurlar. 
Qeyd edək ki, miqrasiya zamanı çox sayda itkiyə məruz qaldıqları üçün bu quşların sayı kifayət qədər azalıb və hazırda Əbabil nadir quş növlərindən biri hesab olunur.
 



www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol