• $
  • €
  • ₽
  • ₺
  • £

“Niyə anası xəstəxanada qızın yanına buraxılmayıb?” - Xalq artisti

“Niyə anası xəstəxanada qızın yanına buraxılmayıb?” - Xalq artisti
10.04.2019 10:18
"Bir azərbaycanlı, vətəndaş, ana, cəmiyyət adamı və milyonların dilində əzbər "Məktəb illəri” mahnısının bəstəkarı olmağım və ən əsası, vicdanım məni bunları yazmaga vadar etdi”.

"Qafqazinfo” xəbər verir ki, bu sözləri Xalq artisti Aygün Səmədzadə sosial şəbəkədə yazıb. Məşhur bəstəkar bildirib ki, hamı 8-ci sinif şagirdi Elina Hacıyevanın faciəvi ölümünə biganə qalmamalıdır:

"Məktəbdə ölüm baş verib. Şagird intihara sürüklənib. Ya da söyülərək, döyülərək, yuxarıdan yerə atılıb. "Ailəsində problem, psixoloji vəziyyətində problem” ifadələri altında, əslində, bir məktəbin daxili problemləri gizlənir. Uşaq intihar üçün niyə məktəbi seçir? Niyə məktəb uşaqlarına "sus” əmri verilib və niyə valideynlər xəstəxanada ölüm ayağında olan övladın yanına buraxılmayıb?!

"Məktəb ikinci ailədir, evdir” deyərdilər. "məktəbdə intihar”, "məktəbdə əxlaqsızlıq” , "məktəbdə alver” - kimi yazı başlıqlarına son zamanlar tez - tez rast gəlinir və hamı oxuyur, izləyir, yan keçir. Hər şeyə ötəri baxa bilərsiz, gülüb, istehza edib yan keçə bilərsiz. Uşaq ölümlərindən başqa... Adını intihar, xəstəlik qoysalar belə...

Bu hadisə belə soyuqqanlılıqla yaddaşlardan itə bilməz. İctimaiyyət buna münasibət bildirməlidir. Şəhərin mərkəzində, şəhid Etibar Əliyevin adını daşıyan, Murtuza Muxtarovun inşa etdiyi binada yerləşən 100 yaşlı Azəbaycan məktəbində cinayət baş verib. Bəli, bəli cinayət. Hər bir intiharın arxasında bir cinayət, bir müəmma durur. Susdurmaq cəhdləri varsa, bu, daha bir cinayətdir.

Bu məktəbdə təcili şəkildə hər sahədə yoxlanılma aparılmalı, şagird-müəllim-direktor münasibətləri, təlim-tərbiyə metodları araşdırılmalıdır.
Bir mahnıya, kiminsə açıq -saçıq geyiminə, tərbiyəsiz hərəkətinə biganə qalmayıb xərclədiyiniz enerjini bu hadisəyə kökləyin. Reallığa baxın. Həyat sosial şəbəkənin bir dəqiqəlik videoları deyil. O videoların arxasında yüzlərlə günahkar ailə, məktəb, xəstəxana və hüquqları müdafiə etməli olan hüquq mühafizə orqanları var. Susmayaq! Şikayət edək! Bu günümüzü, gələcəyimizi qoruyaq!!!

Məktəb böyükdən kiçiyə hamının həyatında var və biganəliklər davam edərsə, belə xəbərlərlə daha tez - tez qarşılaşa bilərik. Susmayaq! Şikayət edək! Etiraz bildirək! Övladlarımızın həyatını, zəkasını, savadını, taleyini müdafiə edək. Bir azərbaycanlı balasının nakam ruhunu şad edək”.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
Cəmiyyət 09:26
Bu ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol