• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda havanı çirkləndirən restoranların adları məlum oldu

Bakıda havanı çirkləndirən restoranların adları məlum oldu
10.04.2019 13:45
"Ölkədə ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində Nazirlik tərəfindən görülən tədbirlərin tərkib hissəsindən biri də havaya atılan tullantıların azaldılması və normalara cavab verməsidir. Bu məqsədlə ictimai-iaşə obyektlərində monitorinqlər aparılıb, təmizləyici qurğuların quraşdırılması üçün kompleks tədbirlər görülüb. Deyə bilərik ki, artıq restoran və şadlıq saraylarının 90 faizində qurğular quraşdırılıb”. 


Bunu "Qafqazinfo”ya açıqlamasında ETSN-nin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin direktor müavini Anar Tağıyev bildirib.
"Lakin bəzi şadlıq sarayları və restoranlardan havaya  tüstünün, iy-qoxunun yenidən yayılması ilə bağlı ETSN-yə şikayətlər daxil olduğundan tərəfimizdən təkrar monitorinqlərə başlanılıb. Keçirilən monitorinqlər zamanı təmizləyici qurğuların filtrlərinin vaxtaşırı təmizlənmədiyi səbəbindən 31 obyektdən havaya yenə də normadan artıq tullantıların atıldığı məlum olub. 
Bunlar "Real”, "Golden Ring”, "Sonalar Sonası”, "Milord”, "Həyat”, "Cənnət”, "Flaminqo”, "Qızıl Buta”, "Madonna”, "Afrodita”, "Oazis”, "Qızıl Tac”, "Gold Palace”, "Niel”, "İdeal”, "Şəhanə” və digər şadlıq saraylarıdır ki, onların sahiblərinə çirklənmiş filtrlərin vaxtlı-vaxtında dəyişdirilməsi barədə göstərişlər verilib. Araşdırma və monitorinqlər davam etdirilir”.

ETSN rəsmisi onu da bildirib ki, təmizləyici qurğuların quraşdırılması ilə iş bitmir, bundan sonra da qurğulara davamlı texniki xidmət göstərilməli, filtrlər vaxtaşırı dəyişdirilməli, verilən göstərişlər yerinə yetirilməlidir:
"Ümumiyyətlə, havanı çirkləndirən amillərə qarşı ciddi mübarizə aparılması qarşımıza mühüm vəzifə kimi qoyulub və bundan sonra da bu istiqamətdə Nazirlik tərəfindən lazımi və sərt tədbirlər görüləcək”.





www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol