• $
  • €
  • ₽
  • ₺
  • £

Uşaqların bacarıqlarına mane olan 5 valideyn xətası

Uşaqların bacarıqlarına mane olan 5 valideyn xətası
12.04.2019 22:00
Valideynlər uşaqları tərbiyə edəndə bir çox səhvlərə yol verir. Xüsusən erkən yaşlarda uşaqların özünə əminliyini artırmaq, şəxsi həyatlarında bacarıqlı olması istiqamətinə  yönəltməkdə valideynlərin çiyinlərinə böyük yük düşür. Bu aspektdən edilən yalnışlıqları Medicina.az saytı təqdim edir.

   Davamlı tərif usagı " gopçu” edir

 Əgər uşaqlarınızı davamlı olaraq yerli-yersiz  tərif yağışına tutursunuzsa bu, ilk səhvdir. Bu vəziyyət uşaqlarınızın özlərini xüsusi hiss etməsinə səbəb olur.  Aparılan araşdırmalar onu göstərir ki, mübaliğə edib uşağa yalan tərif etsəniz, bu onun psixologiyasına mənfi təsir edir.
 
Belə uşaqlar çətin vəziyyətlərdən çıxmaq çün hər zaman bəhanələrə sığnarlar. Valideynlərə hətta yalan danışmağa çalışarlar. Hiylə etməyi və hər stiuasiyanı danışarkən şişirtməyə meyilli olurlar.

 Uşaqlar kömək olunmadan da nəsə bacarmalıdırlar.

 Valideynlər körpələrini böyüdərkən uşaqlara kömək məqsədilə daim müdaxilə edirlər. Bu vəziyyətlə onların problemlərini həll etmiş olduğunuzu düşünürsünüz. Lakin bu heç də belə deyil. Hər  dəfə problemlə qarşılaşanda kimdənsə yardım umacaq. Mütəxəssislər israrla bildirirlər ki, uşaqlarınıza düzgün həyat tərzi üçün öz ayaqlarının üstündə durmağı öyrədin. Onlara həmişə hər yerdə kimlərsə kömək etməli deyil.
 
  Keçmiş səhvləri barədə onlara məlumat verməyin! 

 Sağlam düşüncəli uşaqlar özləri nələrisə bacarmaq, tək başına nələrəsə nail olmaq istəyirlər. Hər zaman bunu sınamağa ehtiyac duyarlar. Valideynlərin etməli olduğu iş isə onlara düzgün istiqamət verməkdir. Onların yaşında olanda etdiyiniz səhvləri övladlarınızla bölüşərək daha yaxşı qərar verməsinə kömək ola bilərsiniz. Lakin durmadan onların səhvlərini üzlərinə vurmayın.

 Verilən nəsihətləri valideynlər tətbiq etmir

 Valideyn olaraq övladlarınızın yaşamaq istədiyi həyatı formalaşdırmaq sizin məsuliyyətinizdədir. Cəmiyyətdə etik qaydalara riayət edin. Əgər hər hansı boşluq olsa əmin olun ki, bundan uşağınız da təsirlənəcək. Başqalarına qarşı ən xırda etik qaydalara da həssaslıqla yanaşın. Xeyriyyəçiliyin nə demək olduğunu onlara izah edin. Unutmayın, nə etsəniz uşağınız da onu modelləşdirəcək.

  Zəkanı, bacarıqlı olmağı yetkinliklə qarışdırmayaq

 Zəkalı olmaq uşaqların üstünlüyüdür. Lakin valideynlər bunu əksərən yetkinlik ölçüsü kimi qiymətləndirirlər. Elə bilirlər ki, uşaq artıq dünyanın hər bir çətinliyinə hazırdır. Əlbətdə ki, bu düşüncə tərzi tamami ilə yalnışdır. Uşağınızın bacarıqlı olmağı onun hər sahədə təcrübəli olmağına dəlalət etmir.
 
Başqa uşaqların ondan daha bacarıqlı olduğunu daima dilə gətirsəniz, siz onun müstəqilliyini əlindən almış olursunuz. Şüuraltı olaraq o həmişə özünün bir pillə geri qaldığını və zəif olduğunu proqramlaşdıracaq. 
 

medicina.az

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İki psixiatriya müəssisəsində ciddi nöqsanlar aşkarlanıb
Cəmiyyət 13:43
İki psixiatriya müəssisəsində ciddi nöqsanlar aşkarlanıb
Ağdərə, Xocalı və Xocavəndə daha 73 ailə köçürülüb
Cəmiyyət 13:26
Ağdərə, Xocalı və Xocavəndə daha 73 ailə köçürülüb
Mətbuat Şurası bəyanat yayıb
Cəmiyyət 13:08
Mətbuat Şurası bəyanat yayıb
Bir sinifdə 52 şagird - valideyn şikayət etdi, direktor təkzib verdi
Cəmiyyət 12:52
Bir sinifdə 52 şagird - valideyn şikayət etdi, direktor təkzib verdi
Prosesin sürətlənməsinə ehtiyac var- deputat sənədsiz evlərdən danışdı
Cəmiyyət 12:34
Prosesin sürətlənməsinə ehtiyac var- deputat sənədsiz evlərdən danışdı
Axtarışda olan narkokuryer saxlanılıb
Cəmiyyət 12:25
Axtarışda olan narkokuryer saxlanılıb
Cinayətdə şübhəli bilinən 65 nəfər saxlanılıb
Cəmiyyət 12:06
Cinayətdə şübhəli bilinən 65 nəfər saxlanılıb
Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri yenidən bir araya gəlib
Cəmiyyət 11:50
Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri yenidən bir araya gəlib
Deputat ailə biznesləri üçün ayrıca inkişaf konsepsiyasının hazırlanmasını təklif edib
Cəmiyyət 11:38
Deputat ailə biznesləri üçün ayrıca inkişaf konsepsiyasının hazırlanmasını təklif edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol