• $
  • €
  • ₽
  • ₺
  • £

Daha bir məktəbdə faciə: “Oğlumu döyərək öldürüblər” – VİDEO

Daha bir məktəbdə faciə: “Oğlumu döyərək öldürüblər” – VİDEO
12.04.2019 16:28
Xəzər rayonu, Mərdəkan qəsəbəsindəki H.Z. Tağıyev adına 123 №-li tam orta məktəbin şagirdi döyülərək öldürülüb.

Anews.az xəbər verir ki, bu iddianı şagirdin valideyni Mehman Paşayev Bizimyol.info-ya açıqlamasında bildirib.

O, iddia edib ki, XI "b” sinfinin şagirdi Lətifov İlkin Mehman oğlu məktəbdə döyülüb: "Oğlum ağır xəsarət alması ilə bağlı mənə gec məlumat verilib. 3 saylı Şəhər Klinik Xəstəxanaya yerləşdirilən övladım əməliyyat olunub. Amma övladımın həyatını xilas etmək mümkün olmayıb. Bu hadisə ilə bağlı məktəbin rəhbərliyinin və həkimlərin məsuliyyətə cəlb olunmasını tələb edirəm”.

Valideyn bildirib ki, məktəbdin rəhbərliyi hadisə ilə bağlı ona yalan məlumat verib: "Öncə mənə dedilər ki oğlum yıxılaraq xəsarət alıb. Amma xəstəxanadan daxili orqanlarında qanaxma olması və əməliyyat olunacağı barədə məlumat veriləndən sonra övladımın döyüldü bildirildi. Mən bu faciənin ciddi araşdırılmasının və nəzarətdə saxlanılması xahiş edirəm”.

Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinə informasiya sorğusu göndərilib.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol