• $
  • €
  • ₽
  • ₺
  • £

Böyrəyini 12 min manata satıb, amma şikayətçi deyil - MƏHKƏMƏ

Böyrəyini 12 min manata satıb, amma şikayətçi deyil - MƏHKƏMƏ
12.04.2019 17:26
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində insan orqanı alveri ilə məşğul olmaqda təqsirləndirilən Vahib Xudadatovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Oxu.Az-ın xəbərinə görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş qismində Rasim Bayramov ifadə verib. 

O bildirib ki, maddi durumu çətin olduğu üçün böyrəyini satmaq qərarına gəlib:


"Vahibin maşını ilə Gürcüstana getdik, orada əməliyyat olundum. Bir qədər sonra güc-bəla ilə iki min dollar pul aldım”.

V.Xudadatov isə zərərçəkmişin ifadəsini təkzib edərək, R.Bayramova iki min deyil, 12 min manat pul verdiyini deyib. 

Sonra digər zərərçəkmiş Rufan Əhmədli dindirilib. O deyib ki, ölkədə devalvasiya olan zaman işsiz qalıb, maliyyə vəziyyəti çətinləşib. Zərərçəkmiş deyib ki, böyrəyini satmaq üçün internetdə elan verib:

"Sonra Sahib müəllim mənimlə əlaqə saxladı. O, Oqtay adlı şəxsə böyrək lazım olduğunu söylədi. Biz 12 min manata razılaşdıq. Gürcüstanda əməliyyat olundum, pulumu da almışam”.

O, təqsirləndirilən şəxsdən şikayətçi olmadığını söyləyib. 

Məhkəmə prosesi aprelin 19-da davam etdiriləcək. 

Qeyd edək ki, DTX tərəfindən həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində vətəndaşlara qarşı müxtəlif cinayət əməllərinin törədilməsi, əlaqəsində olan digər şəxslər, o cümlədən, xarici ölkə vətəndaşları ilə birgə Azərbaycan Respublikası vətəndaşlarının orqanlarının xaricdə transplantasiyası üçün ölkədə alqı-satqısını təşkil edən Azərbaycan Respublikası vətəndaşı Xudadatov Vahib Fəxrəddin oğlu müəyyən olunaraq cinayət məsuliyyətinə cəlb edilib, məhkəmə tərəfindən barəsində həbs qətimkan tədbiri seçilib.

V.Xudadatovun əlaqədə olduğu şəxslər istintaqa cəlb ediliblər.

Cinayət əməlləri nəticəsində orqanları alqı-satqı obyekti olmuş şəxslər həkim nəzarətinə götürülüblər.

Cinayət işində 27 zərərçəkmiş var.

Xatırladaq ki, V.Xudadatov "Qarabağ”ın U-11 komandasının baş məşqçisi Elşad Xudadatovun qardaşıdır.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Cəmiyyət 13:09
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Cəmiyyət 13:04
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Sabah 24 dərəcə isti olacaq
Cəmiyyət 12:50
Sabah 24 dərəcə isti olacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol