• $
  • €
  • ₽
  • ₺
  • £

Polkovnik lisey rəisi təyin edildi

Polkovnik lisey rəisi təyin edildi
13.04.2019 22:17
Məhəmməd Həsənov Heydər Əliyev adına Hərbi Liseyə rəis təyin olunub.


Heydər Əliyev adına Hərbi Liseydə keçirilən tədbirdə Əlahiddə Ümumqoşun Ordu komandanı, general-leytenant Kərəm Mustafayev Heydər Əliyev adına Hərbi Liseyin rəisi general-mayor Elman Orucovun yuxarı vəzifəyə təyin edilməsi ilə əlaqədar hazırkı vəzifəsindən azad edilməsi və Polkovnik Məhəmməd Həsənovun liseyin rəisi vəzifəsinə təyin edilməsi haqqında sərəncamı şəxsi heyətə çatdırıb. 


Qaynarinfo xəbər verir ki, sonra Heydər Əliyev adına hərbi liseyin bayrağı sıra meydanına gətirilərək liseyin yeni rəisinə təhvil verilib. 


Vəzifəyə yeni təyin olunan polkovnik Məhəmməd Həsənova gələcək xidmətində uğurlar arzulayan Ordu komandanı liseyin keçdiyi inkişaf yolundan danışıb. Bildirib ki, 56 kursantla fəaliyyətə başlayan lisey ötən dövrdə böyük inkişaf yolu keçib. Hazırda liseydə 400-ə yaxın kursant təhsil alır ki, onların da 100-dən çoxu ölkəmizin digər bölgələrindəndir. General-leytenant Kərəm Mustafayev onu da diqqətə çatdırıb ki, hərbi lisey Ümummilli liderin adına layiq nümunəvi təhsil müəssisəsi kimi Silahlı Qüvvələrimizin vətənpərvər, savadlı bacarıqlı və layiqli zabitlərlə təmin olunması yolunda inamla addımlayır. 


Tədbirdə Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov qeyd edib ki, liseydə tədrisin və təlim tərbiyənin keyfiyyətini yüksəltmək, kursantların fiziki və mənəvi-psixoloji cəhətdən tam hazır olmaları üçün daim yeni metodlar tətbiq olunur. Belə ki, kursantlar şəhər və muxtar respublika miqyaslı fənn olimpiadalarında, idman yarışlarında və digər müsabiqələrdə müntəzəm iştirak edərək layiqli yerlər tuturlar. İnanırıq ki, ümummilli lider Heydər Əliyevin adını daşıyan lisey bundan sonra da peşəkar və vətənpərvər hərbi kadrların yetişdirilməsi işinə öz layiqli töhfəsini verəcək. 


Sonda hərbi liseyin marşı oxunub, şəxsi heyət təntənəli marşla tribunanın önündən keçib. 


 

















www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol