Sabah Bakıda yağış yağacaq
Sentyabrın 25-də Bakıda buludlu hava şəraiti üstünlük təşkil edəcək.Fasilələrlə yağış yağacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA-ya açıqlamasında bildirib ki, Bakıda və Abşeron yarımadasında gecə şimşək çaxacaq, güclü şimal qərb küləyi gündüz mülayimləşəcək. Havanın temperaturu, gecə 18-20, gündüz 20-24 dərəcə isti olacaq. Azərbaycanın rayonlarına gəlincə, fasilələrlə leysan xarakterli yağış yağacaq. Bəzi yerlərdə yağışının intensivləşəcəyi gözlənilir. Gecə güclənən qərb küləyi gündüz mülayimləşəcək. Havanın temperaturu gecə 15-20, 22-27 dərəcə, dağlıq ərazilərdə gecə 3-8, gündüz 8-13 dərəcə isti olacaq.ANN.Az

Instagram
Bizi Instagramda izləyin
Keçid etOxşar xəbərlər
Cəmiyyət 15:14 Rüşvət almaqda təqsirləndirilən ETSN-nin vəzifəli şəxsi həbs edilib
Cəmiyyət 14:19 Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Cəmiyyət 12:32 Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Cəmiyyət 12:05 Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Cəmiyyət 11:38 Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Cəmiyyət 11:36 Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Cəmiyyət 11:16 Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Cəmiyyət 11:03 Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
Cəmiyyət 11:00 BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib