• $
  • €
  • ₽
  • ₺
  • £

İstanbulun yeni “fatehi” kimdir? – Bioqrafiya

İstanbulun yeni “fatehi” kimdir? – Bioqrafiya
17.04.2019 23:10
Xəbər verdiyimiz kimi, 31 martda Türkiyədə keçirilmiş bələdiyyə seçkilərinin nəticələrinə əsasən Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Əkrəm İmamoğlu İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri seçilib.
"Qafqazinfo” xəbər verir ki, siyasət dünyasında çox da tanınmayan İmamoğlu 1970-ci ildə Trabzonda dünyaya gəlib.
Orta təhsilini məmləkətində bitirdikdən sonra İstanbul Universitetinin İngilis dili fakültəsində ali təhsil alıb. Magistraturanı isə həmin universitetin İnsan Resursları və İdarəetməsi ixtisasında oxuyub.
İdmana sıx bağlılığı olan İmamoğlu "Trabzonspor” və "Bəylikdüzü” klublarının idarə heyətində yer alıb.
Siyasi karyerası isə 2008-ci ildə başlayıb. CHP-yə üzv olduqdan sonra 2009-cu ildə partiyanın Bəylikdüzü qəsəbə təşkilatının sədrliyinə təyin edilib. 2014-cü ildə isə qəsəbənin bələdiyyə sədri seçilib və 5 il bu vəzifəni icra edib.
O, 2017-ci ildə İstabbul Böyükşəhər Bələdiyyəsinin keçmiş sədri Qədir Topbaş vəzifəsindən istefa verdiyi zaman CHP tərəfindən bu posta namizəd göstərilib. Lakin Bələdiyyə Məclisində keçirilən növbədənkənar seçkilər zamanı AKP-nin namizədi Mövlud Uysal qalib gələrək sədr seçilib.
18 dekabr 2018-ci ildə həmin vəzifəyə yenidən İmamoğlunun namizədliyi irəli sürülüb. Nəhayət, ikinci cəhdində istəyinə nail olub. Belə ki, bu ilin 31 martında keçiriln səsvermədə 4 milyon 169 min 765 səs toplayaraq İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri seçilib. Onun ən güclü rəqibi, AKP-nin namizədi Binəli Yıldırım isə 4 milyon 156 min 765 səs toplayaraq ikinci olub.
Qeyd edək ki, Bu gün İstanbul Ədliyyəsi Əkrəm İmamoğlu sədrlik vəsiqəsini təqdim edib. 49 yaşlı siyasətçi daha sonra Mövlud Uysaldan vəzifəsini təhvil alaraq rəsmən işə başlayıb.
24 ildir Dilək Qaya ilə evlidir, 3 uşaq atasıdır.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol