• $
  • €
  • ₽
  • ₺
  • £

Hüseyn Abdullayevin məhkəməsi oldu

Hüseyn Abdullayevin məhkəməsi oldu
19.04.2019 09:32
Aprelin 18-də sabiq deputat Hüseyn Abdullayev, onun anası Zeynəb Abdullayeva, Həbib İbrahimov, Xalid Əliyev, Namiq Babayev, İntiqam Süleymanov, Pərviz Kazımov, Zaur Quliyev və Nazim Əliyevin Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə Bakı Hərbi Məhkəməsində hakim Həbib Həsənovun sədrliyi ilə keçirilən növbəti baxış iclasında zərərçəkmiş şəxs və şahidlər dindiriliblər.

"Qafqazinfo” xəbər verir ki, prosesdə dindirilən zaman zərər çəkmiş şəxslər Müzəffər İsmayılov, Könül Dəryabaricavad və Rəsmiyyə Abdullayeva bildiriblər ki, "Araz-İnşaat” açıq səhmdar cəmiyyətinin səhmdarları olsalar da, cəmiyyətin inzibati binasının icarəyə verilməsi nəticəsində əldə olunmuş gəlirlərdən onlara hər hansı məbləğdə divident ödənilməyib.

Zərər çəkmiş şəxslər istintaq zamanı "Araz-İnşaat” ASC-nin faktiki olaraq Hüseyn Abdullayevə məxsus olduğunu bildiriblər.

Məhkəmədə şahid Canbulat Kalyayev bildirib ki, Hüseyn Abdullayevin əmlaklarının və lahiyələrinin sənədləşmə işlərini aparmış, Hüseyn Abdullayevin anası Zeynəb Abdullayevanın xarici ölkədə oğlunun yanında olması xəbərini internet xəbər saytlarından oxuduqda əvvəllər Zeynəb Abdullayevanın iki dəfə hava limanından qaytarıldığını bildiyi üçün onun xarici ölkəyə getməsini gördükdə hansı qaydada ölkəni tərk etməsi onu təəccübləndirib.

Kalyayev Canbulat məhkəmədə həmçinin, H.Abdullayevin 2005-ci ildə deputat seçkiləri ərəfəsində öz adına olan əmlaklarını başqa şəxslərin adına keçirilməsi barədə göstəriş verdiyini bildirib, şahid İlqar Mustafayev də həmin faktı ifadə verərkən təsdiqləyib.

Şahid İmran Məmmədov məhkəmədə ifadə verərək "Araz İNC” MMC-nin inşa etdiyi hündürmərtəbəli yaşayış binasından 2 milyon 160 min manat məbləğində qeyri-yaşayış sahəsini nəğd pul ödəməklə aldığını bildirib.

Məhkəmə iclası zamanı İ.Məmmədovun H.Abdullayevin qardaşı Azər Abdullayevlə birlikdə işləmələri müəyyən olunub.

Şahid qismində dindirilmiş Zahid Hüseynov ifadəsində göstərib ki, 2005-ci ilin yaz aylarında yaşayış binasının tikintisini həyata keçirən "Araz İNC” MMC-nin direktoru vəzifəsinə təyin olunmuş, təyin olunmağı barədə əmrlə tanış olarkən əmrin təsisçi olan Zeynəb Abdullayeva tərəfindən imzalandığını görüb. Binanın tikinti-quraşdırma işlərinin həyata keçirilməsinə xüsusi razılıq (lisenziya) olmayıb.

Vurğulayaq ki, Zahid Hüseynov istintaqda həmin binanın tikintisinə Hüseyn Abdullayevin özünün nəzarət etdiyini bildirib.

"Araz-İnşaat” ASC-nin baş mühasibi vəzifəsində işləmiş Sədaqət Cəlilova məhkəmədə dindirilən zaman bildirib ki, 2004-cü ildən sonra müəssisəyə icraçı direktor müavini Namiq Babayev adlı şəxs təyin olunub, 2011-ci ildən sonra səhmdarlara dividentlər verilməyib.

Qeyd edək ki, istintaq materiallarından görünür ki, "Araz-İnşaat” ASC-nin səhmlərinin 99,03 faizi H.Abdullayevin anası Zeynəb Abdullayevaya məxsusdur. "Araz İNC” MMC-nin təsisçisi isə H.Abdullayevin atası Abbas Abdullayev olsa da faktiki olaraq MMC sabiq deputat tərəfindən idarə olunub.

Bundan əlavə məhkəmə iclasında şahidlər Pərviz Əliyarov, Qafar Rzayev, Azər Seyidov, Əbil Canbaxşiyev və başqaları dindirilib.

Məhkəmənin növbəti iclası aprelin 23-nə təyin edilib.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Cəmiyyət 14:19
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Cəmiyyət 12:32
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Cəmiyyət 12:05
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Cəmiyyət 11:38
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Cəmiyyət 11:36
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Cəmiyyət 11:16
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
Cəmiyyət 11:03
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Cəmiyyət 11:00
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Cəmiyyət 10:40
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol