• $
  • €
  • ₽
  • ₺
  • £

Azercell-in Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin dəstəyi ilə “TechCentrum” “Data Science” üzrə 3 aylıq təlimlərə başlayıb

Azercell-in Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin dəstəyi ilə “TechCentrum” “Data Science” üzrə 3 aylıq təlimlərə başlayıb
20.04.2019 13:18
 "Azercell Telekom” MMC və PAŞA Bankın dəstəyi ilə Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi ölkəmizdə İT sektorunun inkişafına, eləcə də bu sahədə gənclərimizin peşəkarlığının arıtırlmasına yönəldilmiş layihə və tədbirlərin həyata keçirilməsinə hər zaman xüsusi diqqətlə yanaşır. Mərkəz İT sahəsinə olan marağı, eyni zamanda mütəxəssislərin azlığını nəzərə alaraq, az-təminatlı və tədrisə yetərli büdcəsi olmayan seçilmiş tələbələr üçün "TechCentrum” platformasının təşkilatçılığı ilə "Data Science” təlimlərinə başlayıb. Təlimlər  həftədə 2 dəfə olmaqla, 90 dəqiqə ərzində  Barama İnnovasiya və Sahibkarlıq Mərkəzində keçirilir.Təlimçi Kamil Ələsgərov tərəfindən keçirilən sessiyalar 3 aya qədər davam edəcək. Təlimlərdə təsviredici və inferensial statistikanın, riyazi analiz və xətti cəbrin ümumi təkrarı, komanda sətri (cmd) ilə işləməyin əsasları, verilənlər bazaları, SQL DML ilə tanışlıq, Python, R və OOP, data strukturları, datanın daxil edilməsi, təmizləməsi, formatın uyğunlaşdırılması, mövcud olmayan (missing) məlumatlara yanaşma və bir sıra digər vacib mövzular əhatə olunacaq. 

Məlumat üçün bildirək ki, təlimçi Kamil Ələsgərov bank sektorunda data analizi və risklərin idarə edilməsi sahəsi üzrə 10 illik iş təcrübəsinə malikdir. ADİU, Xəzər və ADA universitetlərində "Statistika, Ekonometrika və Əməliyyatların tədqiqi”ni (Operations Research) tədris edən Kamil Ələsgərov "Baker Tilly Azerbaijan” şirkətində risk sahəsi üzrə layihə meneceridir və Azərbaycan maliyyə sektorunda "Data Science”in tətbiqi ilə məşğuldur.

Qeyd edək ki, "TechCentrum” İnkişafda olan Texnologiyalar sahəsində təhsil, karyera və inkişaf imkanlarının mübadiləsi məqsədilə yaradılmış platformadır. Üç aylıq fəaliyyəti nəticəsində "TechCentrum” platforması 700-dən çox iştirakçıya "Data Science” və "Data Engineering”, "Cpython”, "Data Products Management” üzrə təlimlər və vebinarlar təşkil edib, Facebook kimi böyük Tech şirkətlərində İT üzrə iş imkanları, təhsil, təcrübə və yay məktəbləri ilə bağlı informasiya mübadiləsi həyata keçirib. 
Təlimlər barədə əlavə məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.  


Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz

Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə sektorunda 49% bazar payına malik olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 99.1% (işğal altında olan ərazilər istisna olmaqla), əhalinin isə 99,8% əhatə edir. Hazırda 4,5 milyon abunəçi Azercell-in xidmətlərindən istifadə edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi, həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti "Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk dəfə 4G xidmətini təqdim etmişdir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. Azercell ölkədə və MDB məkanında beynəlxalq "İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.



www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ağdərə, Xocalı və Xocavəndə daha 73 ailə köçürülüb
Cəmiyyət 13:26
Ağdərə, Xocalı və Xocavəndə daha 73 ailə köçürülüb
Mətbuat Şurası bəyanat yayıb
Cəmiyyət 13:08
Mətbuat Şurası bəyanat yayıb
Bir sinifdə 52 şagird - valideyn şikayət etdi, direktor təkzib verdi
Cəmiyyət 12:52
Bir sinifdə 52 şagird - valideyn şikayət etdi, direktor təkzib verdi
Prosesin sürətlənməsinə ehtiyac var- deputat sənədsiz evlərdən danışdı
Cəmiyyət 12:34
Prosesin sürətlənməsinə ehtiyac var- deputat sənədsiz evlərdən danışdı
Axtarışda olan narkokuryer saxlanılıb
Cəmiyyət 12:25
Axtarışda olan narkokuryer saxlanılıb
Cinayətdə şübhəli bilinən 65 nəfər saxlanılıb
Cəmiyyət 12:06
Cinayətdə şübhəli bilinən 65 nəfər saxlanılıb
Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri yenidən bir araya gəlib
Cəmiyyət 11:50
Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri yenidən bir araya gəlib
Deputat ailə biznesləri üçün ayrıca inkişaf konsepsiyasının hazırlanmasını təklif edib
Cəmiyyət 11:38
Deputat ailə biznesləri üçün ayrıca inkişaf konsepsiyasının hazırlanmasını təklif edib
BDU-nun C blokunda tədris şəraiti ilə bağlı müraciətlər araşdırılacaq - rektor
Cəmiyyət 11:22
BDU-nun C blokunda tədris şəraiti ilə bağlı müraciətlər araşdırılacaq - rektor
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol