• $
  • €
  • ₽
  • ₺
  • £

“Buta Airways”-ə qarşı ittiham: Özbaşınalıq edirlər - VİDEO

“Buta Airways”-ə qarşı ittiham: Özbaşınalıq edirlər - VİDEO
29.05.2020 02:58
"Buta Airways”in müştərisi olmuş vətəndaş aviaşirkətin etdiyi tələb və təkliflərdən şikayətçidir.


Buta.media-nın məlumatına görə, müştəri bildirib ki, aviabiletin alınması üçün hər şəxsə aid bank kartı tələb olunur.


Eləcə də, aviabiletlər Buta Airways”in rəsmi saytında (onlayn qaydada) və kassada fərqli qiymətlərlə satılır. Nəticədə sərnişinlər müxtəlif problemlərlə üzləşirlər. Tələb və təklifin AZAL-dan fərqi yoxdur.


Məsələ ilə bağlı "Buta Airways” aviaşirkətdən bizimyol.info-ya bildirib ki, satış ofislərində yalnız 10 kq-a qədər əl yükü, 23 kq-a qədər baqaj və hava limanında pulsuz qeydiyyatın daxil olduğu "Super” tarifi üzrə aviabiletləri əldə etmək mümkündür. Daha münasib "Büdcə” və "Standart” tarifləri üzrə aviabiletləri yalnız aviaşirkətin rəsmi saytında əldə etmək mümkündür.


Xanımın başqa şəxsin kartı ilə aviabilet almaq mümkün olmadığı haqda ittihamları düzgün deyildir. Hər kəs üçün ayrıca kart açdırmaq tələb olunmur. Aviabiletin dəyərini digər şəxsin bank kartı ilə ödəmək mümkündür. 


Aviabiletin dəyərinin ödənilməsi üçün istifadə olunan kartın məlumatları ilə sərnişinin adı və soyadı arasında uyğunluq olmadığı hallarda qeydiyyat masasının əməkdaşları kredit və ya debet kartını (və ya onun üz tərəfinin surətini) və kart sahibinin şəxsiyyət vəsiqəsinin surətini təqdim etməyi xahiş edə bilərlər. Bu, ilk növbədə təhlükəsizlik tədbiridir.


Uğursuz əməliyyatdan sonra isə videoda qeyd edildiyinin əksinə, yeni kart açdırmağa ehtiyac yoxdur. Çağrı mərkəzimizə elektron ünvan (e-mail) vasitəsi ilə müraciət etmək kifayətdir ki, mütəxəssislərimiz kartı blokdan çıxartmağa yardımçı olsunlar”.


Şikayətçinin səsləndirdiyi problemi təqdim edirik:



www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol