• $
  • €
  • ₽
  • ₺
  • £

Direktor: “Orfoqrafiya Normaları Artur Rasi-Zadənin soyadına şamil olunmur”

Direktor: “Orfoqrafiya Normaları Artur Rasi-Zadənin soyadına şamil olunmur”
20.04.2019 17:16
"Baş nazir Novruz Məmmədovun təsdiqlədiyi Azərbaycan dilinin Orfoqrafiya Normaları köhnə qaydalara uyğun şəkildə yazılan soyadlara şamil olunmur. Azərbaycanın sabiq Baş naziri Artur Rasi-Zadənin soyadı sənəddə necədirsə, elə də qalacaq. Amma Azərbaycan dilinin Orfoqrafiya Normalarına əsasən, -zadə şəkilçisi bitişik yazılmalıdır”.


Bunu "Report”a açıqlamasında AMEA-nın Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu deyib.


O bildirib ki, əvvəllər -zadə şəkilçisi ilə bağlı bəzi mübahisələr olub: "Amma biz onun aid olduğu sözə bitişik yazılmasını təklif etdik. Çünki bəziləri bu soyad sonluğunu bitişik, bəziləri də defislə yazırdı. Artıq bundan sonra bir qayda olaraq bitişik yazılacaq. İstər Şahzadə, istər Həsənzadə, istərsə də Hüseynzadə olsun, şəkilçi olaraq sözə bitişik yazılmalıdır. Hazırda -zadə şəkilçisi ilə bitən bəzi soyadlar var ki, rəsmi sənədlərdə olduğu kimi, yəni hazırki Orfoqrafiya Normalarının qaydalarına riayət olunmayan şəkildə yazılır. Bununla bağlı gələcəkdə tənzimləmələr həyata keçirilməlidir. Biz sadəcə olaraq, xüsusi isimləri deyil, ümumi isimləri təklif etmişik. Təbii ki, -zadə şəkilçisi təkcə xüsusi isimlərə deyil, ümumi isimlərə də bitişik yazılmalıdır. Dilimizdə -zadə şəkilçisi kimi -pərvər, -xana şəkilçiləri də var. Onlar da aid olduqları sözə bitişik yazılır”.



www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol