• $
  • €
  • ₽
  • ₺
  • £

Qarabağ döyüşlərində itkin düşmüş əsgərin 25 ildən sonra məzarı tapılıb (FOTOLAR)

Qarabağ döyüşlərində itkin düşmüş əsgərin 25 ildən sonra məzarı tapılıb (FOTOLAR)
25.04.2019 20:20
Qarabağ döyüşlərində itkin düşmüş 1975-ci il təvəllüdlü, Neftçala rayon sakini İlqar Həsənalı oğlu Nəcəfovun məzarı 25 ildən sonra İmişlidə aşkarlanıb.


"Report”un xəbərinə görə, Neftçalanın Xolqarabucaq kənd sakini, Qarabağ savaşında itkin düşmüş şəhidin atası Həsənalı Nəcəfov İmişlinin Şəmmədli kənd qəbristanlığında naməlum şəhid məzarlarının olduğunu eşidir. Rayonun axundu Adıgözəl Bəşirovla əlaqə saxlayıb öyrənir ki, vaxtı ilə həmin qəbristanlıqda 32 naməlum şəhid dəfn olunsa da, artıq 25-nin şəxsiyyəti müəyyənləşib. Amma 7 şəhidin qəbri hələ də naməlum olaraq qalır. Şəhidlər dəfn olunarkən onların şəkilləri də çəkilib. Şəhidin atası Həsənalı Nəcəfov özü ilə apardığı oğluna aid olan şəkli təqdim edərkən axund Adgözəl Bəşirov şəklin dəfn olunan şəhidlərdən birinin şəkli ilə uyğun gəldiyini bildirib. Daha sonra axund İlqar Nəcəfovun dəfn olunduğu məzarın yerini şəhidin atasına göstərib.


Şəhidin atası Həsənalı Nəcəfov Neftçala Rayon İcra Hakimiyyətinə müraciət edərək oğlunun məzarının doğulduğu Neftçala rayonunun Xolqarabucaq kəndinə köçürülməsi üçün köməklik istəyib. Şəhid atasının müraciəti əsasında aprelin 25-də Neftçala Rayon İcra Hakimiyyətinin əməkdaşlarının və rayonun axundu Hacı Mirseymur Əliyevin iştirakı ilə məzarın köçürülməsi üçün İmişli rayonunun Şəmmədli kəndinə gedib, məzar açılaraq şəhidin nəşinin qalıqları çıxarılıb. Bu gün axşam saatlarında şəhidin nəşinin qalıqları çıxarılaraq Neftçala rayonunun Xolqarabucaq kəndinə gətirilib və kənd qəbristanlığında torpağa tapşırılıb.


Qeyd edək ki, İlqar Nəcəfov 1994-cü il yanvarın 10-da Füzuli rayonunun Əbdülrəhmanlı kəndi uğrunda gedən döyüşlərdə itkin düşmüşmüşdü.
 
 


















www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bir sinifdə 52 şagird - valideyn şikayət etdi, direktor təkzib verdi
Cəmiyyət 12:52
Bir sinifdə 52 şagird - valideyn şikayət etdi, direktor təkzib verdi
Prosesin sürətlənməsinə ehtiyac var- deputat sənədsiz evlərdən danışdı
Cəmiyyət 12:34
Prosesin sürətlənməsinə ehtiyac var- deputat sənədsiz evlərdən danışdı
Axtarışda olan narkokuryer saxlanılıb
Cəmiyyət 12:25
Axtarışda olan narkokuryer saxlanılıb
Cinayətdə şübhəli bilinən 65 nəfər saxlanılıb
Cəmiyyət 12:06
Cinayətdə şübhəli bilinən 65 nəfər saxlanılıb
Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri yenidən bir araya gəlib
Cəmiyyət 11:50
Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri yenidən bir araya gəlib
Deputat ailə biznesləri üçün ayrıca inkişaf konsepsiyasının hazırlanmasını təklif edib
Cəmiyyət 11:38
Deputat ailə biznesləri üçün ayrıca inkişaf konsepsiyasının hazırlanmasını təklif edib
BDU-nun C blokunda tədris şəraiti ilə bağlı müraciətlər araşdırılacaq - rektor
Cəmiyyət 11:22
BDU-nun C blokunda tədris şəraiti ilə bağlı müraciətlər araşdırılacaq - rektor
Vətəndaşlar adlarını bir neçə dəfə dəyişə biləcəklər
Cəmiyyət 11:00
Vətəndaşlar adlarını bir neçə dəfə dəyişə biləcəklər
Fira Cəlilovanın bağ evində saxlanılan şəxslə bağlı yeni detallar
Cəmiyyət 09:49
Fira Cəlilovanın bağ evində saxlanılan şəxslə bağlı yeni detallar
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol

Son xəbərlər

Daha çox