• $
  • €
  • ₽
  • ₺
  • £

Cəbrayıllı gənc Koreyada ali təhsil alacaq

Cəbrayıllı gənc Koreyada ali təhsil alacaq
29.05.2020 07:24
Xaricdə təhsil bir vaxtlar ölkəmizdə çoxları üçün əlçatmaz arzu olsa da, dövlət müstəqilliyinin bərpasından sonra bu arzu reallığa çevrildi. İndi orta məktəbi bitirib, təhsilin digər pillərini xarici ölkələrdə, nüfuzlu ali məktəblərdə alan azərbaycanlı gənclərin sayı artır. Qaçqınların və Məc­buri Köçkünlərin işləri üzrə Dövlət Komitəsi də məcburi köçkün ailələrinin övladlarının xaricdə təhsil almasına dəstək verir. 

Belə ki, Dövlət Komitəsinin tövsiyəsi əsasında Cəbrayıl rayonu Horovlu kəndindən olan Nicat Alkərəmova Koreyada təhsil almaq üçün təqaüd proqram təklif olunub. Bu imkandan yararlanan Nicat hazırda Cənubi Koreyadadır. Orada 1 il ərzində koreya dilini öyrəndikdən sonra bakalavr pilləsində ali təhsilini davam etdirəcək.
Bakı şəhərində anadan olan 20 yaşlı  Nicat orta məktəbi də burada bitirib. Ha­zırda anası və böyük qardaşı ilə birlikdə Xırdalan şəhərində məskunlaşıb.  Qardaşı Hüseyn 22 yaşındadır. Hazırda ADA Uni­verstetində "İnformasiya texnologiyaları” ixtisası üzrə təhsil alır, sonuncu kursdadır. Nicat özü isə Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi olub, "Sabah” qrupunda təhsil alıb. 

Xaricdə təhsil almağının uşaqlıq arzusu olduğunu bildirən Nicat bu arzusunu həyata keçirmək üçün orta məktbədə çox oxuduğunu deyir: "Hələ uşaqlıq illərimdən xarici ölkədə təhsil alıb, ölkəmizi xaricdə layiqincə təmsil edib, tanıtdırmaq istəmişəm”.

Vətəndən kənarda təhsil almağına ailəsinin fikrinin müsbət olduğunu deyən Nicat, bu barədə ona hər zaman dəstək olduqlarını vurğulayıb: "Xaricdə təhsilimlə bağlı məsələdə ailəm mənimlə hər zaman həmfikir oldu. Onların ümidlərini doğruldacağam”.   Nicat qeyd edir ki, artıq bir aya yaxındır ki, Koreyadır. Hazırda yalnız koreya dilini öyrənməklə məşğuldur. Gələn ildən Yonsei Universitetində "İqtisadiyyat” ixtisası üzrə təhsil alacaq. Niyə məhz bu ixtisası seçdiyindən söz açan Nicat, iqtisadiyyata xüsusi marağı olduğunu, bu sahədə geniş biliklərə yiyələnib, Azərbaycan iqtisadiyyatına öz töhvəsini vermək istədiyini bildirdi. 

Nicat öz ata-baba yurdu Cəbrayılı görmək  arzusundadır və bu arzusunun tezliklə gerçəkləşəcəyinə inanır: "Bu həsrət çox çəkməyəcək. İnanıram ki, tezliklə işğal al­tın­da olan torpaqlarımıza qayıdacağıq”.  O, Koreyadakı tələbə yoldaşlarına ölkəmiz, eləcə də işğal altında olan torpaqlarımız haqqında məlumat verdiyini də qeyd etdi: "Bu barədə dostlarımla danışır, Ermənis­tanın torpaqlarımızı işğal etdiyi, həmin yerlərdə vəhşiliklər törətdikləri haqda məlumat verirəm. Bundan başqa, ölkəmizin tarixi, xalqımızın mədəniyyəti barədə onlara ətraflı söhbət açıram”.  Nicat Koreyada ali təhsilini başa çatdırdıqdan sonra vətənə qayıdıb, burda ixtisası üzrə işləmək niyyətindədir. Ona təhsildə və həyatda uğurlar arzulayırıq. 

Vətən Səsi qəzeti
 
Orxan Aslanlı

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Cəmiyyət 14:19
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Cəmiyyət 12:32
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Cəmiyyət 12:05
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Cəmiyyət 11:38
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Cəmiyyət 11:36
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Cəmiyyət 11:16
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
Cəmiyyət 11:03
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Cəmiyyət 11:00
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Cəmiyyət 10:40
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol