Bəzi ali məktəblərdə dərslər dayandırıldı - SƏBƏB

"Formula-1” SOCAR Azərbaycan Qran-prisinin başlaması ilə əlaqədar Azərbaycanın bəzi ali məktəblərinin əsas korpuslarında dərslər dayandırılıb.
Anews.az ONA-ya istinadən xəbər verir ki, Azərbaycan Dövlət Pedaqoji Universiteti, UNEC və Qərbi Kaspi Universitetidir.
Hər 3 ali məktəbin mətbuat xidmətlərindən ONA-ya verilən məlumata görə, adıçəkilən universitetlərin əsas korpusları "Formula-1” yarışının keçirildiyi əraziyə düşdüyü üçün tələbələrə bu gün dərsə gəlməmək tapşırılıb.
Universitetlərin qalan korpuslarında isə tədris davam edir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur























