• $
  • €
  • ₽
  • ₺
  • £

“Nar” 2019-cu ilin birinci rübünün nəticələrini açıqladı

“Nar” 2019-cu ilin birinci rübünün nəticələrini açıqladı
26.04.2019 11:22
"Nar” 2019-cu ilin birinci rübünün nəticələrini açıqladı. Nəticələrə əsasən, mobil operator bu dövr ərzində bir çox göstəricilər üzrə yüksək artım dinamikası nümayiş etdirib. Belə ki, "Nar”-ın sərfəli internet paketləri sayəsində ötən ilin eyni dövrü ilə müqayisədə mobil internetdən istifadədə 60% artım qeydə alınıb. İnternet istifadəçilərinin sayının artmasına mobil operatorun təklif etdiyi tariflər və paketlər, ölkə ərazisində quraşdırılan baza stansiyalarının sayının artması, eləcə də 4G smartfon penertasiyasının artımı təsir edib. 

Bu ilin birinci rübü ərzində mobil operatorun müştərilərə göstərdiyi yüksəkkeyfiyyətli xidmət sayəsində müştəri məmnuniyyətində də artım müşahidə olunub. Müstəqil araşdırma şirkətləri tərəfindən aparılan sorğuların nəticələrinə əsasən, ötən ilin müvafiq dövrü ilə müqayisdə "Nar” abunəçilərinin sayı 12% artaraq, 2,2 milyondan çox olub. Cari ilin ilk üç ayı ərzində mobil operator paytaxtla yanaşı, bölgələrdə də şəbəkəsini gücləndirməkdə davam edib. Son 3 ay ərzində ölkə ərazisində 25-dən artıq yeni 3G və 4G baza stansiyası quraşdırılıb. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə "Nar” 4G internetindən istifadə edənlərin sayı 110% artaraq 600 mini keçib. 

Mobil operatorun şəbəkəsi haqqında ətraflı məlumatı nar.az  saytından əldə edə bilərsiniz.

"Azerfon” şirkəti ("Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. "Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. "Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 7400-dən artıq baza stansiyası ilə 2,2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. 






www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol