• $
  • €
  • ₽
  • ₺
  • £

“İçərişəhər” rəsmisi: Şəkillərdəki kərpicin Qala divarlarına aidiyyəti yoxdur

“İçərişəhər” rəsmisi: Şəkillərdəki kərpicin Qala divarlarına aidiyyəti yoxdur
29.05.2020 12:29
Sosial şəbəkələrdə qala divarlarına zərər vurulması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirilib.

Oxu.Az-ın məlumatına görə, "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin aparat rəhbəri Riad Qasımov bu gün mətbuat konfransı keçirib.

Onun sözlərinə görə, sosial şəbəkələrdə son günlərdə yayımlanan fotoşəkil hazırda ərazidə görülən işləri əks etdirmir:

"Həmin fotoşəkil ötən ilin noyabrında çəkilib və orada görünən kərpic, digər materiallar qətiyyən Qala divarları ilə əlaqəli deyil. Hazırda sözügedən ərazidə yalnız yüngül metaldan ibarət dayaqlar mövcuddur. Hər hansı yenidənqurma işlərinin Qala divarına bitişik olması haqqında məlumatlar doğru deyil. Yaradılan dayaqlar abidədən 1,5 metr aralı quraşdırılıb”.

Aparat rəhbəri qeyd edib ki, ərazidə mövcud olan restoranlar uzun illərdir fəaliyyət göstərir:

"Layihədə məqsəd onları yeniləmək və daha yüksək keyfiyyətli, xoş görünüşlü tikili ərsəyə gətirməkdir. Aparılan işlər zamanı restoranların terraslarının genişləndirilməsi və müasir tələbatlara uyğunlaşdırılması nəzərdə tutulub.

Ərazidə yerləşən ictimai iaşə obyektləri 10 ilə yaxındır ki, fəaliyyət göstərir və bu obyektlər təmir edilməyib. "Manqal”, "Təndir” obyektləri yeni konstruksiya ilə əvəz edilir. Burada şüşə və metaldan gözoxşayan, geniş, işıqlı terraslar qurulacaq”.

"Kiçik Qala küçəsi ilə bağlı yayımlanan yeni görüntülər yenidən həqiqətlə tamamilə ziddiyyət təşkil edən qərəzli adamların bir nümunəsidir. Qeyd edim ki, İçərişəhərdə hazırda fotoda görünən vəziyyətdən əsər-əlamət yoxdur.

Bunu aydın müşahidə etmək olar. Həmin şəkil 2011-ci ildə Qala divarlarının restavrasiyası işlərinin aparıldığı vaxt çəkilib. Məsələnin kökündə Sovet dönəmində, 1954-cü ildə Qala divarları üzərində aparılan kobud rekonstruksiya işləri durur və əfsuslar olsun ki, bu proses zamanı Qala divarlarının o zamana qədər mövcud olmuş tarixi bürclərindən biri zədələnərək öz görkəmini itirmiş və düz divarın çəkilməsi ilə nəticələnmişdi”, - deyə Riad Qasımov qeyd edib.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol