• $
  • €
  • ₽
  • ₺
  • £

Metro istifadəçilərinə şad xəbər

Metro istifadəçilərinə şad xəbər
29.04.2019 11:25
"Bakıda metro stansiyalarının sayı 76-a çatdırılacaq".

Bunu Redaktor.az-a açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib. 

Onun sözlərinə görə, proses 2030-cu ilə qədər davam edəcək:

"2011-ci ildə təsdiq olunan konseptual inkişaf proqramına uyğun olaraq, yeraltı yollarının ümumi uzunluğu 119,1 km, elektron depoların sayı isə 5 olacaq. Hazırda 23 stansiyası və 1 elektrik deposu olan Bakı Metropoliteninin Bənövşəyi xəttinin inşası davam etdirilir. Tikinti hissəsinin son mərhələsi bitmək üzrədir. Stansiya Ceyhun Səlimov küçəsində, Hərbi Hospitalın qarşısında yerləşir. Ən müasir sistemlərin təchizatı ilə inşa edilən bu stansiyanın arxa tərəfində 193.91 metr uzunluqda keçid kamerası da tikilir. Stansiya istismara veriləndən sonra qatarların bu xətt üzrə bir yoldan digər yola keçməsi mümkün olacaq”.

Metropoliten rəsmisi inşa ediləcək stansiyaların xətlər üzrə başladığı və bitdiyi məntəqələrin geniş əraziləri əhatə edəcəyini vurğulayıb:

"Bənövşəyi xətt - Avtovağzaldan başlayaraq Babək prospekti istiqamətindən keçəcək və Qaraçuxur qəsəbəsinə qədər davam edəcək. Qırmızı xətt - Badamdar qəsəbəsindən başlayaraq Zığ qəsəbəsinədək uzanacaq. Mavi xətt - Yasamal yaşayış sahəsi ilə Sabunçu rayonunun Bakıxanov qəsəbəsini birləşdirəcək. Sarı xətt - Binəqədi rayonundan başlayaraq Səbail rayonunun Bayıl qəsəbəsinədək uzanacaq. Yaşıl xətt - dairəvi olacaq. Xətai, Nəsimi, Yasamal, Binəqədi, Nəriman Nərimanov, Nizami, Sabunçu və Suraxanı rayonlarını əhatə edəcək”.

Qeyd edək ki, 2011-ci ildə prezident İlham Əliyev Bakı Metropoliteninin perspektiv inkişafı ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol