• $
  • €
  • ₽
  • ₺
  • £

Alimlərdən bəd xəbər: Xərçəngdən tam sağalmaq mümkün deyil

Alimlərdən bəd xəbər: Xərçəngdən tam sağalmaq mümkün deyil
30.04.2019 15:30
Əksər hallarda insan orqanizmində bütün xərçəngli hüceyrələri məhv etmək mümkün olmur. Xərçənglə mübarizədə daha effektiv metod metastazların inkişafını əngəlləməkdir. "Lock-'n'-block” adlandırılan yeni yanaşma artıq heyvanlar üzərində uğurlu şəkildə sınaqdan keçirilib.

Anews.az oxu.az-a istinadən bildirir ki, MedicalXpress nəşrində dərc olunan məlumata əsasən, bunu ABŞ-ın Perdyü Universitetinin tibbi kimya və molekulyar əczaçılıq kafedrasının dosenti Maykl Vendt bildirib.


Onun sözlərinə görə  siçanlar üzərində aparılan sınaqların nəticəsi, fostamatinib (immun trombositopeniyanın müalicəsi üçün nəzərdə tutulan peroral dərman preparatı - red.) ikinci dərəcəli şişli ocaqların, yəni sadə dillə desək metastazların meydana gəlməsinin qarşını alır. O metastazlı hüceyrələrin tərkibində olan xüsusi zülalalı - SYK tirozinkinazını inhibasiya (boğmaq, kimyəvi reaksiyaların sürətini azaltmaq - red.) edə bilir.

İlkin ocaqda qan damar sistemi ilə digər bədən üzvlərinə yayılan bu hüceyrələr uzun illər davam edə bilən lanentlik dövründən keçir və terapiyaya güclü davamlılıq göstərir.

Alimlər süd vəzisinin bədxaxssəli şişlərinin biolüminesent lüsiferaz zülalını hasil etməsi üçün onları modifikasiya edib, daha sonra dördhəftəlik gəmiricilərin orqanizminə yeridib. Şiş 200 kub millimetr ölçüyə çatanda, onu cərrahi müdaxilə yolu ilə kənarlaşdırıblar, ardınca heyvanları fostamatiniblə müalicə ediblər.

Lüsiferaz alimlərin metastazlı hüceyrələrin yayılma aktivliyini və çevrəsini müşahidə etməsinə imkan verib. Araşdırma göstərib ki, fostamatinib metastazların aktivləşməsinin qarşısını alır və ya ona əngəl yaradır.

Alimlərin sözlərinə görə, döş vəzi xərçəngi hazırda müalicəsi olmayan xroniki xəstəlik kimi nəzərdən keçirilir. Hətta ilkin şiş uğurlu şəkildə kənarlaşdırılanda belə, 10-20 ildən sonra ikinci dərəcəli ocaqlar meydana gələ bilir.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol