• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda bu məhsul kəskin bahalaşdı

Azərbaycanda bu məhsul kəskin bahalaşdı
05.05.2019 17:18
Ramazan ayı ərəfəsində Azərbaycanın quru meyvə bazarında xurma bahalaşıb.
Virtualaz.org xəbər verir ki, İranda xurmanın birdən-birə 6-7 dəfə bahalaşmasından sonra (1 kiloqramı 300-350 rial – təxminən 7,14-8 dollar olub) bu ölkədən həmin meyvənin ixracının qadağan edilməsi Azərbaycan bazarına təsir göstərib. Hazırda bazarda İrandan gətirilən "paçka xurması” kimi tanınan, karton qutulara qablaşdırılmış 500 qramlıq xurma 2 manat 80 qəpik – 3 manata satılır. İranın məşhur "Piyarəm”, "Məzafəti” , "Zahidi” xurmalarının qiymətində təxminən 2-3 manat artım var. Ramazanda oruc tutanların, bir qayda olaraq, iftarı xurma ilə açdıqlarından təlabatın artacağı, buna görə də, bahalaşmanın davam edəcəyi gözlənilir.
Xurma – kiloqramı 200-300 manatdan…
Azərbaycana İranla yanaşı, Tunis, BƏƏ, İordaniya, İsrail və bir neçə ərəb ölkəsindən xurma gətirilir. Hazırda bazarda İran xurmalarının qiyməti növünə görə 6-10 manat arasında dəyişir. Tunisdən gətirilən 350 qramlıq qablaşdırılmadakı "Tunis xurması” 3 manat 80 qəpiyə, Dubaydan gətirilən xurma növünə görə 14-28 manata, İsraildən gətirilən xurma 29-35 manata, İordaniya xurması 23-27 manata təklif edilir. Ən bahalı xurma isə Mədinədən gətirilən, "Peyğəmbər xurması” kimi tanınan acvə xurmasıdır, hansı ki, paytaxtın yalnız bir neçə mağazasında satılır.
Metronun "Nizami” stansyasının yaxınlığındakı quru meyvə mağazasının Elxan adlı satıcısı deyib ki, İran xurması dadına və keyfiyyətinə görə Mədinə, yaxud İsrail xurmasına uduzur. Amma qiymətə həm də daşınma xərcləri təsir edir. "Ucuz olduğu üçün karton qutularda qablaşdırılmış xurmaya təlabat çoxdur, təkcə Ramazanda deyil, həm də yas mərasimlərində əsasən bundan alırlar”, – satıcı deyib. Bir neçə iri ticarət mərkəzində "endirimlər” olduğunu, "İran paçka” xurmasının 2 manat 70 qəpikdən 2 manat 49 qəpiyə endirildiyini xatırladırıq. Satıcı əmin edib ki, Ramazan ərəfəsində endirimlə satılan xurmanın ya istifadə müddəti bitmək üzrədir, ya da artıq "qurdlayıb”.
Digər satıcı isə söyləyib ki, İrandan sonra ən ucuz xurma Tunisdən gətirilənlərdir: "İrandan xurma gətirilməsi qadağan edildiyindən Tunisdən məhsul alınır”. Əlavə edib ki, oruc tutan müsəlmanlar bir qayda olaraq xurmadan istifadə edirlər, ona görə də, əksəriyyət, bahalaşma olsa da, məcburiyyətdən alırlar.
Mağazalarda Mədinədən gətirilən xurmalardan "Məbrum”u 8, "Məryəm”i 12-14, "Səfavi”ni 16-18 manatdan almaq mümkündür. Satıcılar əlavə ediblər ki, bu xurmaların dadı heç də elit mağazalarda "imkanlı hacılar”ın aldığı "Peyğəmbər xurması”ndan pis deyil. Amma Bakı mağazalarında qiymətə həm də mağazanın yerləşdiyi yerdən tutmuş, məhsulun görünüşü, ölçüsü də təsir edir. "Mədinə xurmasını 200-300, hətta ondan da baha satırlar, təxminən barmaq ölçüsündədir, çox da şirin deyil. İnsafən, İran və qabığı soyulan Tunis xurmasından çox ləzzətli və sağlamlıq üçün faydalıdır”, – satıcılardan biri izah edib.
Sel, daşqın və işbazların qazanmaq hərisliyi…
Xəbər verdiyimiz kimi, xurmanın bahalaşmasının birinci səbəbi İranın xurma ixracına qadağa qoymasıdır. Ekspert Akif Nəsirli bildirib ki, Azərbaycanın xurmaya olan təlabatının təxminən 30-35 faizi İran məhsullarının hesabına ödənilir. İranın 12 əyalətində sel və daşqınlar xurma istehsalına təsir göstərib. İran öz vətəndaşlarının təlabatını ödəmək, həmçinin qiymət artımının qarşısını almaq üçün ixracı qadağan edib: "Azərbaycan bazarında ən ucuz xurma isə İrandan gətirilən məhsullar idi. Buna görə də, bahalaşma təbiidir, kiloqramı 2-3 manata satılan xurma 4-5 manatadək yüksələcək”.
Ekspert onu da əlavə edib ki, iş adamları həm də ərəb ölkələrindən xurma gətirirlər. "Yeganə problem o olacaq ki, İran xurmaları ucuz idi, bazarda rəqabət yarada bilirdi”.
İran Ramazandan sonra xurma ixracına yenidən baxacaq. Hələlik isə dükan-bazarda xurma boldur, qiymətlər baha olsa da…

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılıb
Cəmiyyət 17:12
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılıb
Türkiyədən Azərbaycana gətirilən 10 mindən çox bioloji aktiv qida məhsulu məhv edilib
Cəmiyyət 16:52
Türkiyədən Azərbaycana gətirilən 10 mindən çox bioloji aktiv qida məhsulu məhv edilib
Bakı Humanitar Kollecində tələbə yoldaşına 6 bıçaq zərbəsi vurub
Cəmiyyət 16:03
Bakı Humanitar Kollecində tələbə yoldaşına 6 bıçaq zərbəsi vurub
Yeni sədrə 2 müavin təyinatı - Biri sabiq nazirin oğludur
Cəmiyyət 15:31
Yeni sədrə 2 müavin təyinatı - Biri sabiq nazirin oğludur
Bakıda 140 gün ərzində 101 küçə və prospektdə təmir işləri yekunlaşıb
Cəmiyyət 15:24
Bakıda 140 gün ərzində 101 küçə və prospektdə təmir işləri yekunlaşıb
Anar Bayramov direktoru işdən çıxarıb
Cəmiyyət 14:56
Anar Bayramov direktoru işdən çıxarıb
Bakıda qəzaya düşən “BMW” klinikaya girib
Cəmiyyət 14:42
Bakıda qəzaya düşən “BMW” klinikaya girib
Cəlilabadda 6 kəndin işığı kəsilib
Cəmiyyət 14:28
Cəlilabadda 6 kəndin işığı kəsilib
Sabah temperatur 5-10 dərəcə enəcək, bəzi çaylardan sel keçəcək - Xəbərdarlıq
Cəmiyyət 13:29
Sabah temperatur 5-10 dərəcə enəcək, bəzi çaylardan sel keçəcək - Xəbərdarlıq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol