• $
  • €
  • ₽
  • ₺
  • £

Mirzə Babayevin nəvəsi tutuldu - Səbəb maraqlıdır

Mirzə Babayevin nəvəsi tutuldu - Səbəb maraqlıdır
29.05.2020 05:07
"Respublikaçı Alternetiv” partiyasının üzvü olan Emin Babayev mayın 4-də saxlanılıb

 
Küçədə telefonla danışarkən söyüş söyməkdə və onu intizama dəvət edən polisin tələbinə tabe olmamaqda günahlandırılan E.Babayev Səbail rayonu, 8-ci polis bölməsinə aparılıb.

Anews.az BakuPost-a istinadən xəbər verir ki, bölmədə onun haqqaında İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsilə (Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama) protokol tərtib olunub, o, Səbail rayon Məhkəməsinə aparılıb.

 


Məhkəmədə E.Babayev deyib ki, o, söyüş söyməyib, həmin gün ümumiyyətlə, telefondan istifadə etməyib. Bölmədə isə ondan sosial şəbəkələrdə yazdıqları barədə soruşublar.

Məhkəmədə vəkil əlavə sübutlar haqda vəsatət verib. Əlavə şahidin məhkəməyə gəlməsi üçün proses mayın 6-na qədər təxirə salınıb. Hakim bildirib ki, E.Babayev sərbəstdir, evə getsin, bazar ertəsi məhkəməyə gəlsin.

Lakin E.Babayev məhkəmədən çıxandan sonra polislər onu yenidən saxlayıb. Bu barədə xəbəri onun vəkili Şəhla Hümbətova da "Bizimyol.info”ya açıqlamasında təsdiqləyib. Bildirib ki, müvəkkilini polis əməkdaşları Nəsir Vəliyev, Bəxtiyar Fərzəliyev və Ramil Lətifli iltizama qol çəkmək adıyla bölməyə çağırıblar, amma onu orada saxlayaraq buraxmayıblar.

Vəkil bu gün polis bölməsinə gedib E.Babayevin hansı əsasla saxlandığını soruşub. Ona cavab verilib ki, E.Babayev özü burada qalmaq istəyir: "Polis əməkdaşları Bəxtiyar Fərzəliyev və növbətçi Pərviz Əliyevin mənə bildirdiyinə görə, guya Emin özü deyib ki, orada qalmaq istəyir, bölmədən getmək istəmir”.

Vəkil bölmədə müvəkkili ilə görüşmək istəsə də, ona icazə verilməyib.

E.Babayev mərhum Xalq artisti Mirzə Babayevin nəvəsidir.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah 24 dərəcə isti olacaq
Cəmiyyət 12:50
Sabah 24 dərəcə isti olacaq
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Cəmiyyət 12:31
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Cəmiyyət 12:00
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol