• $
  • €
  • ₽
  • ₺
  • £

"Maşın"ın maşını hara yoxa çıxıb? - Murad Dadaşov susur

"Maşın"ın maşını hara yoxa çıxıb? - Murad Dadaşov susur
29.05.2020 02:27
Azərbaycanın ən reytinqli realiti şousu olan "Maşın”ın 16-cı sürəti ətrafında yaranmış müəmmalı vəziyyət hələ də davam edir.

Axsam.az xəbər verir ki, verilişin bitməsindən bir ilə yaxın müddət keçməsinə baxmayaraq, qalibə hədiyyə kimi təqdim edilməli olan avtomobilin aqibəti qeyri-müəyyən olaraq qalıb.

Layihənin rəhbəri və aparıcısı Murad Dadaşov isə bugünədək məsələyə geniş izahat verməyib. Xalq artisti sonuncu dəfə ötən ilin oktyabrında bildirib ki, maşını tamaçılardan birinə verməyi düşünür:


"Maşınla bağlı oyun keçirəcəyik, tamaşaçılar arasında birinə verəcəyik. Hələ ki, fikrimiz budur. Əsas odur ki, maşın kiməsə veriləcək”.


Bu açıqlamanın üstündən aylar keçməsinə baxmayaraq, maşının taleyinin necə olduğu indiyə kimi qaranlıq olaraq qalır.


Xatırladaq ki, keçən ilin mayın 28-də başlayan "Maşın” şounun tarixində bir ilk yaşanıb. Verilişin qalibi olan Roza Zərgərli sonda hər kəsi təəccübləndirərək, avtomobildən imtina edib. Sənətçi üzünü Murad Dadaşova tutaraq bildirib ki, o verilişə maşın üçün deyil, oyun üçün gəlib.


"18 nəfər iştirakçının adından xahiş edirəm, bu maşını xeyriyyə məqsədilə istifadə edin”.


Məsələylə bağlı layihənin təşkilatçısı  "M Group” prodakşnla əlaqə saxlamaq cəhdlərimiz nəticəsiz qalıb.


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Cəmiyyət 21:30
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Cəmiyyət 21:05
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Cəmiyyət 20:47
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Cəmiyyət 20:36
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Bakıda avtomobil yanıb
Cəmiyyət 19:53
Bakıda avtomobil yanıb
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Cəmiyyət 17:59
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Cəmiyyət 17:19
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol