• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanın donorluğu nə vəd edir?

Azərbaycanın donorluğu nə vəd edir?
29.05.2020 07:25
Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurasının 52-ci illik toplantısında maliyyə naziri Samir Şərifov bildirib ki, Azərbaycan beynəlxalq maliyyə təşkilatlarının proqramlarında, o cümlədən Asiya İnkişaf Bankının Asiya İnkişaf Fondunda donor ölkə qismində iştirak edəcək.


Qeyd edək ki, toplantı çərçivəsində Azərbaycan nümayəndə heyətinin rəhbəri maliyyə naziri Samir Şərifov AİB-in prezidenti Takehiko Nakao, Bankın region uzre vitse-prezidenti Şişin Çen, Mərkəzi və Qərbi Asiya Departamentinin rəhbəri Verner Lipax və Azərbaycanı bankın idarə heyətində təmsil edən avstraliyalı icraçı direktor Toni Makdonald görüşüb. Görüşr zamanı nazir bildirib ki, ölkə rəhbərliyinin tapşırığına əsasən donorluq edəcək.Nazirin bu açıqlamasını bəzi ekspertlər adekvat qiymətləndirmək əvəzinə "bizim özümüzün donora ehtiyacı var” deyə irad bildirdilər.


Əslində real vəziyyət necədir? Azərbaycanın valyuta ehtiyatları 3 milyard dollar artıb və 45 milyard dollara çatıb. Xarici borc 22,8 faizdən 19 faizə düşüb və iqtisadiyyat üçün kritik həddən 3 dəfə azdır. Avropa Birliyinin 1992-ci il Maastrixt razılaşmasına görə, xarici borc ÜDM-in 60 faizindən yuxarı olduqda təhlükəli səviyyə hesab olunur. Əgər xaric borc 1 il ərzində 3 faiz azalıbsa və təhlükəli həddən 3 dəfə azdırsa, üstəlik də valyuta ehtiyatları xarici borcdan bir neçə dəfə çoxdursa, onda niyə Azərbaycan donorluq etməsin?Üstəılik də burada "donorluq” "xeyrriyyəçilik” anlamına gəlmir – beynəlxalq biznes layihələrində iştirakçılıq anlamındadır. Əgər Maliyyə Nazirliyi beynəlxalq biznes layihələrində iştirakla gəlir əldə edəcəksə, buna yalnız pozitiv yanaşmaq olar – yəni nazirlik itirmir, əksinə, qazanır.


"Azərbaycan iqtisadiyyatına donor lazımdır” fikri isə düzdür. Məsələ bundadır kl, Azərbaycana lazım olan donorlardan biri də AİB-dir. Maliyyə sektoru və iri müəssisələrin sağlamlaşdırılmasına AİB kreditlər ayırıb. Azərbaycan bankın beynəlxalq layihələrində iştirak etməklə, Azərbaycana daha əlverişli şərtlərlə kredit ayrılmasına zəmin yaranacaq.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Cəmiyyət 14:19
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Cəmiyyət 12:32
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Cəmiyyət 12:05
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Cəmiyyət 11:38
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Cəmiyyət 11:36
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Cəmiyyət 11:16
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
Cəmiyyət 11:03
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Cəmiyyət 11:00
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Cəmiyyət 10:40
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol