• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda qar yağacaq

Azərbaycanda qar yağacaq
17.09.2014 13:11
Azərbaycan ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti sentyabrın ikinci ongünlüyünün sonuna kimi davam edəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor Umayra Tağıyeva APA-ya açıqlamasında deyib ki, ölkə ərazisində havanın temperaturu enib, yaxın 2-3 gün ərzində Bakı və Abşeron yarımadasında günorta saatlarında havanın temperaturu 20-23 dərəcədən yüksək olmayacaq. Bu gün ərzində güclü şimal küləyinin əsəcəyini deyən U. Tağıyeva qeyd edib ki, sabah günün ikinci yarısında-axşama doğru külək bir qədər mülayimləşəcək, şimal-şərq küləyinə keçəcək: “Respublikanın rayonlarında yağıntılar intensiv olacaq, leysan xarakterli yağıntılar gözlənilir. Bakı və Abşeron yarımadasında da yaxın 2 gün ərzində fasilələrlə arabir yağış yağacağı ehtimal olunur”. U. Tağıyeva vurğulayıb ki, ölkə ərazisində sentyabrın 19-dək hava şəraiti qeyri-sabit keçəcək. Onun sözlərinə görə, küləklə müşahidə olunan ən əlverişsiz dövr isə bu günə təsadüf edəcək və sabah günün ikinci yarısına kimi davam edəcək: “Kəskin hava şəraitinin ən kəskin dövrü bu gün və sabah günortaya kimidir. Çünki həm yağıntı, həm temperaturun enməsi, həm də güclü küləyin əsməsi müşahidə olunacaq. Sabah günün ikinci yarısından güclü küləyin sürəyi bir qədər azalacaq. Amma yağıntılar hələ də gözlənilir. Yaxın 2-3 gün ərzində hava şəraiti yağıntılı və qeyri-sabit keçəcək” U. Tağıyeva əlavə edib ki, temperaturun enməsi ilə əlaqədar respublikanın əsasən Böyük Qafqazın yüksək dağlıq ərazilərində yağıntıların sulu qar və qara keçəcəyi ehtimal olunur: “Yüksək dağlıq ərazilərdə havanın temperaturu gecə saatlarında mənfi olacaq. Bu səbəbdən sentyabrın 18-i və 19-u gecə saatlarında respublikanın yüksək dağlıq ərazilərində sulu qar və qar yağması gözlənilir”. ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol