• $
  • €
  • ₽
  • ₺
  • £

Bakının bu ərazisində 4 nəfəri ilan sandı

Bakının bu ərazisində  4 nəfəri ilan sandı
17.05.2019 13:29
Bakının ətraf kəndlərindən 4 nəfəri ilan sancıb.

Anews.az xəbər verir ki, bunu News24.az-a açıqlamasında baş toksikoloq, Bakı Şəhər Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinin baş həkimi Azər Maqsudov bildirib. 

Onun sözlərinə görə, Azərbaycanda aprel-may aylarında 11 nəfəri ilan sancıb:  "İlan sancması ilə bağlı aprel ayında 6, may ayının əvvəllərində isə 5 müraciət daxil olub. Ümumiyyətlə isə müraciətlər zəhərli gürzə, əqrəb, hörümçəyin növü olan qara qurdla bağlı olur. Əqrəb sancması ilə bağlı aprel ayında3, mayda isə 1 müraciət daxil olub. Qara qurd sancması ilə bağlı müraciət daxil olmayıb”.  

Baş toksikoloq onu da bildirdi ki, ilan sancmaları Bakı ətrafı kəndlərdə və regionlarda baş verib: "Sancmalarla bağlı bizə müraciət edənlərdən 2 nəfər Ağcabədi və Hacıqabuldan rayonundan, digər 4 nəfər Bakının ətraf kəndlərindəndir. May ayında isə Tovuzdan 18 yaşlı gənc, Bərdədən bir nəfər ilan sancması ilə bağlı müraciət etmişdi”. 

 A.Maqsudov sahələrdə çalışan insanlara diqqətli olmağı çağırır: "Əsasən kənd təsərrüfatı işləri ilə məşğul olan insanlar, meşəyə, çay kənarına çıxanlar diqqətli olsunlar. Rezin əlcəklər, uzunboğaz çəkmələr geyinmək lazımdır. Əgər hadisə baş veribsə, mütləq zədələnən ətrafları hərəkətsiz vəziyyətə gətirmək lazımdır. Həmin yeri yodla silmək lazımdır. Mütləq yaxınlıqda olan tibb müəssisəsinə gedib, müayinədən keçərək zərdab vurdursunlar”.  

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol