Sumqayıtda zavodda ölüm hadisəsi olub

Sumqayıtda ölüm hadisəsi baş verib.
Anews.az-ın məlumatına görə, hadisə Etilen-polietilen zavodunda qeydə alınıb. Belə ki, 1965-ci il təvəllüdlü Gəncəliyev Fuad Məmmədsəfa oğlunun sanitar qovşaqda qəflətən vəziyyəti pisləşib və o, dünyasını dəyişib. Onun ürəktutmasından öldüyü bildirilir. Mərhumun nəşi müayinə olunmaq üçün aidiyyatı üzrə təhvil verilib.
www.anews.az
























