Sabunçu rayonunda ev yandı: 77 yaşlı qadın həlak oldu

Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 80 m² olan birmərtəbəli 4 otaqlı evin 3 otağının yanar konstruksiyaları və ev əşyaları 50 m² sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən verilən xəbərə görə, yanğının kəşfiyyatı zamanı 1942-ci il təvəllüdlü Bağırova Rübabə Cəbrayıl qızının meyiti yanğınsöndürənlər tərəfindən aşkarlanıb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur























