• $
  • €
  • ₽
  • ₺
  • £

Marketlərdə satılan çürümüş kartoflar hardan gəlir? - AÇIQLAMA

Marketlərdə satılan çürümüş kartoflar hardan gəlir? - AÇIQLAMA
29.05.2020 02:54
Son vaxtlar sosial şəbəkədə Bakı bazarında  keyfiyyətsiz kartofların satışı ilə bağlı paylaşımların sayı artıb.  Həmin paylaşımlarda  müştərilər marketlərdə alınan kartofdan narazılıq edir. Səbəb isə kartofun içinin çürük və qara olmasıdır. Hətta həmin çürük kartofların sosial şəbəkələrdə fotosu da paylaşılıb. Bəs görəsən bu kartoflar Bakı bazarına haradan gətirilir və bu kimi hallarla mübarizə aparmalı olan dövlət qurumları nə üçün boyunlarına düşən öhdəlikləri yerinə yetirmir bizi bu məhsullardan qorumurlar? 

 Anews.az məsələ ilə belə kartoflara təsadüf edilmiş iri marketlərdən biri ilə əlaqə saxlıyaraq  məsələyə aydınlıq gətirdi. Market şəbəkələrinin məsulu  bildirdi ki, hal – hazırda bazarda yerli məhsul kartoflar satılır. Bu məhsullar bazara Şəmkir, Gədəbəy və Cəlilabadan gətirilir. "Market kartofu aldığı zaman kəsir içinə baxır, həm də nümunə götürür. Bir neçə tonun içindən bir neçə elə kartofların çıxması normal haldır. Biz müştərilərə hər zaman yaxşı məhsulun satılmasının tərəfdarıyıq", - deyə adının çəkilməsini istəməyən market  əməkdaşı bildirdi.

Bazarımızı keyfiyyətsiz ərzaqlardan qorumağa məsul olan Qida Təhlükəsizliyi Agentliyinin mətbuat xidmətinin rəhbəri Aysel Fərziyeva anews.az –a açıqlamasında bildirdi ki, agentlik qida zəncirinin bütün mərhələlərinə dövlət nəzarətini həyata keçirir. Agentlik tərəfindən ölkədə istehsal olunan və ölkəyə idxal olunan qida məhsulları üzərində risk əsaslı nəzarət tədbirləri həyata keçirilir. Məhsullar gömrük ərazisinə daxil olduqdan sonra daşıdığı risk səviyyəsinə uyğun olaraq ekspertizadan keçirilir. Ölkəyə idxal edilən kartoflardan da Agentliyin müfəttişləri tərəfindən nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarında müayinə edilir. Ekspertizanın nəticələri uyğun olduqda məhsullar yerli bazarda sərbəst ticarət dövriyyəsinə daxil edilir.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində mütəmadi olaraq tədbirlər həyata keçirir. Bununla yanaşı, konkret faktlara əsaslanan müraciətlər daxil olduqda, Agentlik tərəfindən yoxlamalar aparılır və adıçəkilən məhsul laborator müayinələrə cəlb olunur.
"Qeyd etdiyiniz məsələ ilə bağlı məlumat mediadan götürülərək aidiyyəti üzrə yönləndirilib və Qida Təhlükəsizliyi Agentliyi tərəfindən araşdırmalara başlanılıb.  Araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək", deyə Feyziyeva vurquladı.

Agentlik rəsmisi həmçinin söylədi ki, əgər vətəndaşların satış müəssisələrində satılan kartof  ilə bağlı şübhələri və ya şikayətləri olarsa,  bu barədə Agentliyin 1003 "Çağrı Mərkəzi”nə zəng edib məlumat verə bilərlər.

Məsələ ilə bağlı bir həkim rəyi də aldıq. Terapevt Vahid Hüseynov bildirdi ki, kartoflara dərman çox vurulduğu üçün içində bu cür cürümələr və qaralmalar olur. Bu da insan orqanizminə çox ziyandır. İnsanlarda böyrək, qara ciyər çatızmazlığına səbəb ola biləcək qədər ciddi məsələdir.

Gülnar Nazimqızı
 

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol