• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanın xalq artisti vəfat etdi

Azərbaycanın xalq artisti vəfat etdi
29.05.2020 00:28

Azərbaycanın xalq artisti və Rusiyanın əməkdar artisti, pianoçu Tamilla Mahmudova dünyasını dəyişib.

ANN.Az saytı AzərTac-a istinadən xəbər verir ki, “Şöhrət” ordenli, Moskva Dövlət Pedaqoji Universitetinin musiqi fakültəsinin professoru ömrünün 84-cü ilində vəfat edib.

Qeyd edək ki, Tamilla Mahmudova Azərbaycanda doğulub, ilk musiqi təhsilini Azərbaycan Dövlət Konservatoriyası nəzdində xüsusi məktəbdə, məşhur pedaqoq, professor K.Səfərəliyevanın sinfində alıb. Moskva konservatoriyasını və professor Y.Zakın sinfində aspiranturanı bitirib.

Rusiyada və xarici ölkələrdə dinləyicilər T.Mahmudovanı geniş diapazonlu ifaçı kimi yaxşı tanıyırdılar. Onun repertuarına Qərbi Avropa və rus klassik bəstəkarlarının ən mürəkkəb, virtuoz əsərləri daxil idi.

Lakin Azərbaycan bəstəkarları Ü.Hacıbəyli, Q.Qarayev, F.Əmirov, A.Məlikov və A.Sultanovanın musiqisi T.Mahmudovanın konsert proqramlarında həmişə xüsusi yer tuturdu. Sənətçi bu bəstəkarların əsərlərini daim xüsusi şövqlə ifa və təbliğ edirdi.

ANN.Az

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol