• $
  • €
  • ₽
  • ₺
  • £

Bu rayonlara dolu düşdü - SİYAHI

Bu rayonlara dolu düşdü - SİYAHI
27.05.2019 22:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeoroloji Proqnozlar Bürosu mayın 26-sı gündüzdən 27-si səhərədək müşahidə olunmuş faktiki hava şəraitini açıqlayıb.

Bürodan Trend-ə verilən məlumata görə, mayın 26-sı gündüzdən 27-si səhərədək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, şimşək çaxıb, arabir yağış yağıb. Böyük Qafqazın bəzi yerlərində leysan xarakterli olub, ayrı-ayrı yerlərdə dolu düşüb, güclü qərb küləyi əsib.
Bölgələr üzrə ən çox düşən yağıntının miqdarı:

Düşən yağıntının miqdarı Böyük Qafqazda: Sarıbaşda (Qax) 19, İsmayıllıda 11, Qubada 8, Kişçayda (Şəki) 7, Zaqatalada 5, Xınalıqda 4, Balakən, Qəbələ, Şəkidə 2, Şahdağ, Şamaxı, Mərəzə, Xaçmaz, Qusar, Xaltanda1 mm-dək;

Qazax-Gəncə zonasında: Naftalanda 14, Ağdamda 5, Şəmkirdə 3.0 mm;
Mərkəzi-Aran rayonlarında: Göyçayda 8, Bərdə, Cəfərxanda 4, Mingəçevir, Yevlaxda 3, Kürdəmirdə 2, Tərtər, Zərdab, Sabirabad, Salyan, Qazıməmməddə 1.0 mm-dək;

Kiçik Qafqazda - Toğana Çaykənd HMM-da 24, Gədəbəydə 16, Daşkəsəndə 2, Göygöldə 0.1 mm, eləcə də Lənkəran-Astara zonasında - Lerikdə 5, Biləsuvar, Neftçala, Yardımlı, Lənkəranda 0.4-1.0 mm, bundan başqa, Naxçıvan MR-da - Ağdərədə (Ordubad) 4, Şahbuzda 2, Naxçıvanda 1, Şərurda 0.5 mm, Bakıda və Abşeron yarımadasında isə - Sumqayıt, Bakıda 3, Maştağa, Binə, Zabrat, Pirallahıda 1.0 mm-dək qeydə alınıb.
Dolu yağması da qeydə alınıb. Belə ki, mayın 26-da saat 13:05-13:09 radələrində Naftalanda diametri 11 mm, saat 22:17-22:34 radələrində Şəki rayonu Kiş kəndində 10-12 mm, Samux rayonunda saat 19:55-19:58 radələrində 13 mm, Qazax rayon Dağ Kəsəməndə saat 19:07-19:12 radələrində 11 mm, Gədəbəydə saat 15:58-16:07 radələrində diametri 11-13 mm, Ağstafa rayonun bəzi kəndlərinə saat 18:10-18:14 radələrində diametri 10 mm olan dolu düşüb.
Həmçinin küləkli hava müşahidə olunub. Qərb küləyi Tərtər, Mingəçevir, Gəncədə 28, Şəmkir, Daşkəsəndə 23, Ağstafa, Ceyrançöldə 22, Quba, Naftalanda 20, Sabirabadda 17, Tovuzda 16, Gədəbəydə 15, Abşeron yarımadası və Abşeron Dəniz rayonunda arabir 17-22 m/s-dək güclənib.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Cəmiyyət 16:29
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb
Cəmiyyət 16:21
Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Cəmiyyət 15:50
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-də nöqsan aşkarlanıb
Cəmiyyət 15:34
Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-də nöqsan aşkarlanıb
Rüşvət almaqda təqsirləndirilən ETSN-nin vəzifəli şəxsi həbs edilib
Cəmiyyət 15:14
Rüşvət almaqda təqsirləndirilən ETSN-nin vəzifəli şəxsi həbs edilib
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Cəmiyyət 14:19
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Cəmiyyət 12:32
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Cəmiyyət 12:05
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Cəmiyyət 11:38
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol