• $
  • €
  • ₽
  • ₺
  • £

Bir poliklinikada 60 nəfər işdən çıxarıldı

Bir poliklinikada 60 nəfər işdən çıxarıldı
28.05.2020 21:45
Azərbaycan Səhiyyə Nazirliyinin Yazıçılar Birliyi Poliklinikasının həkimləri əmək haqlarının ödənilməməsindən şikayətçidirlər.  


Qaynarinfo xəbər verir ki, bununla bağlı həkimlər demokrat.az saytına şikayət məktubu ilə müraciət ediblər. Həmin müraciəti təqdim edirik:


"Biz uzun müddətdir ki, təxminən 5-6 ildir ki, Yazıçılar Birliyinin Poliklinikasında işləyirik, bütün işçilərin əmək müqaviləsi mərkəzləşdirilmiş elektron baza sistemində qeyd olunub. Biz bank vasitəsi ilə kartla əmək haqqı alırıq, hər ay dövlətə vergi və sosial ayırmaları ödəyirik və yazıçılarımıza xidmət göstəririk.


2019-cu ilin aprel ayında bizim poliklinikamıza müvvəqqəti olaraq yeni baş həkimi İradə Səbziyeva təyin olunub. Bundan sonra 2019-cu ilin aprel ayında Səhiyyə naziri Oqtay Şirəliyev tərəfindən təhkim edilmiş 1 saylı poliklinikanın baş həkimi olan Kübra Cabbarova və Nazirliyin əməkdaşları İntiqam müəllim (hüquqşünas) gələrək poliklinikada iclas keçirib bizə rəsmi elan edirlər ki, guya 60 nəfər həkim və tibb bacısı fəaliyyət göstərə bilmərik, işə gəlməyə bilərsiniz. Çünki adınız Səyiyyə Nazirliyinin mərkəzləşdirilmiş registr siyahısında işsiz kimi gedir və bizim guya kodumuz yoxdur. 


Bütün 60 nəfər həkimlər və tibb bacıları şok vəziyyətinə düşüb, axı necə ola bilər ki, 2017-ci ildə sonra 2018-ci ildə Səhiyyə Nazirliyi tərəfindən təşkil olunmuş yoxlama aparılmış, butün həkimlərin və işçilərin işi yoxlanılmış və bu barədə nöqsan tapılmamış və bizə heç bir rəsmi məlumat verilməmişdir. Həmin yoxlama zamanı Səhiyyə Nazirliyinin əməkdaşı İntiqam müəllim də iştirak etmişdir. İclas zamanı İntiqam müəllimə həmin sualı verdik, lakin cavab verməkdə aciz qaldı. 


Hazırda həkimlərin və tibb bacılarının konstitusion hüquqları pozulub. Hər həkimin və tibb bacısının himayəsində azyaşlı uşaqları var, 60 yaxın tibb müəssisəsində çalışan işçinin birdən işsiz qoyulması Prezident İlham Əliyevin və birinci vitse-prezident Mehriban Əliyevanın apardığı siyasətə ziddir.


Hazırda Yazıçılar Birliyinin Poliklinikasının rəhbərliyi elektron əmək müqaviləmizin olmasına baxmayaraq, əmək haqlarımızı 2 aydır ödəmir, bizə hədə qorxu gəlirlər.


Bununla bağlı Səhiyyə Nazirliyinə müarciət etmişik, əfsuslar olsunki müarciətimiz hələdə müsbət həllini tapmayıb”.


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Cəmiyyət 14:19
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Cəmiyyət 12:05
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Cəmiyyət 11:38
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Cəmiyyət 11:36
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Cəmiyyət 11:16
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
Cəmiyyət 11:03
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Cəmiyyət 11:00
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Cəmiyyət 10:40
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Bu yolayrıcında işıqfor quraşdırılıb
Cəmiyyət 10:27
Bu yolayrıcında işıqfor quraşdırılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol