• $
  • €
  • ₽
  • ₺
  • £

“X günü” heç vaxt gəlməyəcək - KÖŞƏ

“X günü” heç vaxt gəlməyəcək - KÖŞƏ
12.09.2014 17:13
Kamal ƏliAzərbaycanı, onun iqtisadiyyatını və gələcəyini neftlə, bir az da qazla bağlayırlar. Bu, açıq və gizli düşmənlərin tirajladığı sabitləşmiş stereotipdir – gözləyək, qoy onların nefti qurtarsın, sonra acından ölməyə başlayanda, biz onlara göstərərik (cəzalandırarıq, torpaqlarını alarıq, əsarət altına salarıq, müstəmləkələşdirərik, köçürərik, döyərik…).Amma bu, alınmayacaq, belə olmayacaq, çünki bizim ölkəmiz neft bumu bitdikdən sonra da güclü olacaq. Azərbaycanlılar 1847-ci ildə ilk sənayə neftinin çıxarılmasına qədər də burada yaşayıblar, tikiblər, ticarət ediblər və yaxşı qazanıblar. 1901-ci ildə Azərbaycanda 11 milyon ton neft çıxarılırdı, bu isə dünya neft hasilatının 50 faizdən  çoxunu təşkil edirdi. 1947-ci ildən Xəzərdə neft yataqları tapıldı və istismar olunmağa başladı. Sonra – daha çox. Və həmişə – sovetdən öncəki, sovet dövründə və müstəqillik illərində bu yataqlar ayrı-ayrı şəxslərin mülkiyyəti idi - neft milyonçuları və ya dövlətlər. Azərbaycan xalqının milyoner olmayan kəsimi öz əməyi, fəhmi, biznesi, təşkilatçılıq qabiliyyəti və ağlının bəhrəsiylə yaşayıb. Neftdən və qazdan gələn gəlirlər sözün mütləq mənasında heç vaxt xalq mülkiyyəti olmayıb. Azərbaycanlılara heç vaxt vedrədə neft paylamayıblar ki, apar, sat, balalarını saxla.Ötən ildən neft hasilatında enmə başlandı. Geniş yayılmış fikir ondan ibarətdir ki, 18 ildən sonra Azərbaycan neft satışını dayandıracaq. Neft ixracını qaz ixracı əvəzləyəcək, amma qaz da əbədi deyil. Xüsusən də, dünyanın inkişaf etmiş ölkələri ekoloji enerji mənbələrinə keçir. Artıq bu gün günəş enerjisi ilə işləyən təyyarə 1-2 sərnişinlə müvəffəqiyyətlə uçur.Bütün bunlara baxmayaraq, azərbaycanlılar heç vaxt aclıqdan ölməyəcəklər. Bu gün Gürcüstanda olduğu kimi, pis vəziyyətdə olmayacağıq. Artıq bu il Dövlət Neft Fondunun ilin ilk yarısında dövlət büdcəsinə transferi (4 milyrad 883,8 milyon manat) büdcə gəlirlərinin 52,25 faizi qədərdir. Yəni dövlət gəlirlərinin yarısı birbaşa neft və qaz satışından alınmayıb.Ölkəmizdə mənzil və yol tikintisini Azərbaycan şirkətləri həyata keçirir. Bəziləri xarici bazara çıxıblar. Əsasən, Gürcüstanda yollar tikirlər. Tikinti materiallarının yerli bazarı yerli məhsullarla dolur və qonşu ölkələrdə satılaraq mənfəət gətirir.Ona görə də sevinməyə tələsməyin. Bizim düşmənlərimiz üçün “X günü” heç vaxt gəlməyəcək.ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəmiyyət 17:01
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Cəmiyyət 16:29
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb
Cəmiyyət 16:21
Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Cəmiyyət 15:50
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol