Azərbaycanda 2 qardaşın öldüyü dəhşətli hadisənin görüntüləri - Video

Şamaxı şəhərində 2 qardaşın öldüyü dəhşətli qəzanın videosu yayılıb.
Anews.az xəbər verir ki, görüntülərdən məlum olur ki, qəzanı törədən "Niva”nın sürücüsü yolun əks tərəfindən nəqliyyat vasitəsinin gəlib-gəlməməsinə əmin olmadan əks zolağa çıxıb. Bu zaman qarşı yoldan gələn "Shacman” markalı yük maşını 2 qardaşın olduğu avtomobil vurub. Sürücü və qardaşı hadisə yerində vəfat edib.
Qeyd edək ki, Şamaxı şəhərində "Shacman" markalı yük avtomobilinə çırpılan "Niva"da ölən 1989-cu il təvəllüdlü İsmayılov Rasim Vahid oğlu və qardaşı 1987-ci il təvəllüdlü İsmayılov Ramil fermer təsərrüfatını idarə edirmiş.
Hər iki şəxs dünən doğulduqları Şamaxının Quşçu kənd qəbiristanlığında yanaşı dəfn ediliblər.
Qeyd edək ki, vəfat edən qardaşların ikisi də ailəli olub.
www.anews.az
























