Bakcell “1 iyun”u uşaqlarla birgə qeyd etdi

Azərbaycanın İlk Mobil Operatoru və Ən
Sürətli Mobil İnternet Provayderi Bakcell şirkəti Uşaqların Beynəlxalq Müdafiəsi gününü Azərbaycana
Birgə Yardım (UAFA) təşkilatı və "SOS Uşaq Kəndləri Azərbaycan”
Assosiasiyasının himayəsindəki xüsusi qayğıya ehtiyacı olan və valideyn himayəsindən
məhrum olmuş uşaqlarla birgə keçirib.
Bakcell artıq 10 ildir ki, ölkənin ən genişmiqyaslı
Korporativ Sosial Məsuliyyət (KSM) proqramlardan biri olan "Bakcell Stars”
proqramını həyata keçirir. Xüsusi qayğıya ehtiyacı olan və valideyn himayəsindən
məhrum olmuş uşaqların inkişafına həsr olunmuş layihələr çərçivəsində indiyə
kimi minlərlə uşaq və gənc Bakcell şirkətindən dəstək alıb.









www.anews.az
























