• $
  • €
  • ₽
  • ₺
  • £

Bacısına görə kollecdən çıxıb fəhlə işləyirdi - Faciəvi şəkildə öldü

Bacısına görə kollecdən çıxıb fəhlə işləyirdi - Faciəvi şəkildə öldü
04.06.2019 13:20
Tovuz rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Anews.az-ın verdiyi xəbərə görə, iyunun 1-də Qovlar qəsəbəsində yaşayan 18 yaşlı gənc elektrik vurması nəticəsində dünyasını dəyişib.
Kənd sakini Vüqar Rövşən oğlu ötən il Dövlət İqtisad Kollecini ödənişli əsaslarla qəbul olub. Ailəsinin maddi sıxıntısını nəzərə alaraq təhsilini donduraraq hərbi xidmət öncəsi işləmək istəyib. Vüqar həm də universitetdə təhsil alan bacısının xərclərini qarşılamaq məqsədilə qaynaqçının yanında fəhlə kimi işləməyə başlayıb. İş prosesi zamanı dəmir borunu qaynaq edərkən ərazidən keçən yüksək gərginlikli elektrik xəttinə toxunub və oradaca vəfat edib.

İyunun 21-də 18 yaşı tamam olacaq Vüqarın adına iyunun 23-ü tarixinə hərbi xidmətə çağırış kağızı gəlibmiş.
Qeyd edək ki, iki il öncə Vüqarın dayısı oğlu, 23 yaşlı Əmrah Abdullayev də Tovuz rayonunda elektrik vurması nəticəsində vəfat edib.(qafqazinfo)

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Baş Dövlət Yol Polisi İdarəsi küləkli hava ilə bağlı sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:52
Baş Dövlət Yol Polisi İdarəsi küləkli hava ilə bağlı sürücülərə xəbərdarlıq edib
Dubay-Bakı reysinin sərnişinləri ilə gömrük nəzarəti zamanı insident yaşanıb - Video
Cəmiyyət 19:35
Dubay-Bakı reysinin sərnişinləri ilə gömrük nəzarəti zamanı insident yaşanıb - Video
"Sabah" - "Barselona" oyunu ilə əlaqədar 18 marşrutun hərəkət sxemi dəyişdirilir
Cəmiyyət 18:07
"Sabah" - "Barselona" oyunu ilə əlaqədar 18 marşrutun hərəkət sxemi dəyişdirilir
Pasiyentləri aldadan stomatoloq məhkəmə zalında həbs edilib
Cəmiyyət 17:58
Pasiyentləri aldadan stomatoloq məhkəmə zalında həbs edilib
Səbaildə memarlıq abidəsinə qanunsuz müdaxilə araşdırılır
Cəmiyyət 17:33
Səbaildə memarlıq abidəsinə qanunsuz müdaxilə araşdırılır
FHN güclü küləklə bağlı əhaliyə müraciət edib
Cəmiyyət 16:19
FHN güclü küləklə bağlı əhaliyə müraciət edib
Badamdardakı sürüşmə ərazisində çatlar genişlənib
Cəmiyyət 15:35
Badamdardakı sürüşmə ərazisində çatlar genişlənib
Dövlət sərhədini pozan 5 Əfqanıstan vətəndaşına hökm oxunub
Cəmiyyət 14:46
Dövlət sərhədini pozan 5 Əfqanıstan vətəndaşına hökm oxunub
MDB ölkələrindən Azərbaycana gələn əcnəbilərin sayı 6%-ə yaxın artıb
Cəmiyyət 13:56
MDB ölkələrindən Azərbaycana gələn əcnəbilərin sayı 6%-ə yaxın artıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol

Son xəbərlər

Daha çox