• $
  • €
  • ₽
  • ₺
  • £

Fitrə zəkatı necə verilir?

Fitrə zəkatı necə verilir?
29.05.2020 02:27
Fitrə zəkatı ramazan ayının başa çatması münasibətilə ödənilən zəkatdır. Şafii, hənbəli və maliki məzhəblərinə görə, fitrə zəkatını vermək fərzdir, hənəfi məzhəbində isə vacib sayılır (fərz deyil). Cəfəri məzhəbinə görə, imkanı çatan hər bir müsəlmanın özü və öhdəsində olan kəslər üçün fitrə zəkatı verməsi vacibdir (cəfəri məzhəbindəki vacib əhli-sünnə məzhəbindəki fərzin hökmünü daşıyır). Fitrə zəkatının vacibliyini Həzrət Mühəmməd Peyğəmbər (s) hicri 2-ci ildə, ramazan ayının sonunda söylədiyi xütbə vasitəsilə müsəlmanlara elan etmişdir.

Milli.Az islam.az-a istinadən bildirir ki, İslam müqəddəslərindən rəvayət olunmuş hədislərdə fitrə zəkatının verilməsinə çox təkid edilmişdir. Məsələn, İmam Cəfər Sadiq (ə) buyurub: "Orucluq qurtaranda fitrə zəkatı vermək lazımdır; necə ki namazı qurtaranda Peyğəmbərə salavat demək lazımdır. Hər kim ramazan orucunu qurtarandan sonra qəsdən fitrə zəkatı verməsə, orucu qəbul olmaz. Necə ki, namazın axırında peyğəmbərə salavat göndərməyən adamın namazı qəbul olmaz". Həmçinin, İmam Sadiqlən (ə) rəvayət edilmiş başqa bir hədisdə deyilir: "Hər kim orucunu yaxşı söz və yaxşı əməllə başa vursa, Allah onun orucunu qəbul edər". Soruşdular: "Yaxşı söz və yaxşı əməl hansıdır?". İmam cavab verdi: "Yaxşı söz - kəlmeyi-şəhadət, yaxşı əməl - fitrə verməkdir".

Cəfəri məzhəbi baxımından, fitrə zəkatının əsas hökmləri bundan ibarətdir:

Fitrə zəkatını ramazanın son günündə, məğrib azanından sonra ayırmaq və Fitr bayramı günü bayram namazı qılmazdan əvvəl öz ünvanına çatdırmaq müstəhəbdir. Əgər bu mümkün olmazsa, bayram namazı qılınandan sonra mümkün olan ən qısa vaxt ərzində ödənməlidir. Ev sahibi özü üçün və dolanışığı onun öhdəsində olan şəxslər üçün (yaşından asılı olmayaraq) fitrə zəkatı ayırıb ödəməlidir. Fitrə zəkatının miqdarı həmin bölgədə daha çox istifadə edilən aşağıdakı ərzaq növlərinin birindən adambaşına bir sa, yəni 3 kq olmaqla hesablanır: buğda, arpa, xurma, kişmiş, düyü, qarğıdalı. Bu ərzağın qiymətinə uyğun olan məbləğdə pul da verilə bilər. Fitrə zəkatı maddi vəziyyəti çətin olan adamlara (fəqirlərə) verilməlidir. Hər kəs öz kasıb qohumuna ya qonşusuna fitrə zəkatı versə, daha yaxşıdır. Cəfəri məzhəbinə görə, ramazanın sonuncu günündə, iftar vaxtı gəlmiş qonağın fitrə zəkatı da ev sahibinin boynundadır. Maddi durumu həddən artıq pis olan ailələr fitrə zəkatını ödəməkdən azaddırlar.

Əhli-sünnə məzhəblərinə görə, fitrə zəkatı fərz yox, vacibdir. Hənəfi məzhəbinə görə, bir şəxsin özünün və ailəsinin ehtiyacından artıq qalan əmlakı nisab həddinə çatsa, öhdəsinə fitrə zəkatı düşür.

Şafii məzhəbinə görə, ramazan ayının ilk günündən etibarən fitrə zəkatını vermək caizdir. Fitr bayramı günü sübh namazı ilə bayram namazı arasındakı vaxt ərzində verilməsi sünnətdir, üzrsüz olaraq bayram namazından sonraya saxlanması məkruh, üzrsüz olaraq bayram günü məğribdən sonraya saxlanması haramdır.


Əhli-sünnə məzhəblərinin hamısında fitrə zəkatı adi zəkatda müəyyən edilmiş 8 təbəqəyə verilə bilər. Malikilər fitrə verilən şəxsin seyyid olmamasını lazım bilirlər.

Fitr zəkatının miqdarına gəlincə, əhli-sünnə məzhəblərində bütün ərzaq növləri üçün adambaşına bir sa, yəni 3 kq ölçü qoyulub. Yalnız hənəfi məzhəbində fitrə zəkatının miqdarı buğda üçün adambaşına yarım sa (təqribən 1,5 kq) müəyyən edilib; qalan ərzaq növləri üçün ölçü 3 kq-dır.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəmiyyət 17:01
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Cəmiyyət 16:29
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb
Cəmiyyət 16:21
Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Cəmiyyət 15:50
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-də nöqsan aşkarlanıb
Cəmiyyət 15:34
Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-də nöqsan aşkarlanıb
Rüşvət almaqda təqsirləndirilən ETSN-nin vəzifəli şəxsi həbs edilib
Cəmiyyət 15:14
Rüşvət almaqda təqsirləndirilən ETSN-nin vəzifəli şəxsi həbs edilib
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Cəmiyyət 14:19
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Cəmiyyət 12:32
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol