• $
  • €
  • ₽
  • ₺
  • £

Gömrük əməkdaşlarına hökm oxunub

Gömrük əməkdaşlarına hökm oxunub
07.06.2019 22:00
Bakı Ağır Cinayətlər Məhkəməsində Dövlət Gömrük Komitəsinin (DGK) Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin işdən çıxarılmış inspektoru Ariz Hüseynli, Fuad Abdullayev, Ruhəngiz Mirzəli və onlarla saxlanılan Nazim Muxtarovun cinayət işi üzə məhkəmə iclası başa çatıb.

"Report" xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrlik etdiyi kollegiyanın hökmü ilə təqsirləndirilən şəxslərə şərti cəza verilib. Həbsdə olan Nazim Muxtarov məhkəmə zalından azadlığa çıxıb.
Qeyd edək ki, DGK-nın yaydığı məlumata əsasən, Dubay-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı N.Muxtarov "Yaşıl kanal” buraxılış sistemindən istifadə etməklə gömrük sərhədini keçdikdən sonra saxlanılıb və ona məxsus əl yükünə baxış keçirilib. Baxış zamanı mobil telefonlar və aksesuarlar aşkar edilib. 
Araşdırma zamanı məlum olub ki, N.Muxtarov bir qrup şəxslə əlbir olaraq mobil telefonları gömrük nəzarətindən qaçaqmalçılıq yolu ilə keçirilməsinə dair Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin inspektoru A.Hüseynli ilə sövdələşib və onun vasitəçiliyi ilə dəyəri külli miqdar təşkil edən, 197 120 manat dəyərində mobil telefon və aksessuarları gömrük nəzarətindən qaçaqmalçılıq yolu ilə keçiriblər.

DGK sədrinin müvafiq əmrinə əsasən, A.Hüseynli dərhal tutduğu vəzifədən azad edilərək sərəncama götürülüb və onun barəsində müvafiq sənədləşmə aparılaraq toplanmış materialların Baş Prokurorluğa göndərilməsi məqsədilə xidməti araşdırmaya başlanılıb, barələrində Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Digər şəxslər də cinayət məsuliyyətinə cəlb edilib. Təqsirləndirilən şəxslərdən yalnız N.Muxtarovun barəsində həbs qətimkan tədbiri seçilib.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Cəmiyyət 14:19
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Cəmiyyət 12:32
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Cəmiyyət 12:05
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Cəmiyyət 11:38
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Cəmiyyət 11:36
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Cəmiyyət 11:16
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
Cəmiyyət 11:03
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Cəmiyyət 11:00
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Cəmiyyət 10:40
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol