• $
  • €
  • ₽
  • ₺
  • £

Hacı Surxay "Qaloş piri” barədə danışdı - AÇIQLAMA

Hacı Surxay "Qaloş piri” barədə danışdı - AÇIQLAMA
12.06.2019 14:43
Belə inanclar xurafatdan başqa bir şey deyil. Din cəhalət kimi məsələləri qəbul etmir, - bunu Anews.az-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin səlahiyyətli nümayəndəsi,din xadimi, ilahiyyatçı Hacı Surxay Məmmədli Goranboy rayonu Qurbanzadə kəndində "Qaloş piri”nin fəaliyyət göstərməsi barədə məlumatları şərh edərkən deyib.
 
"Ümumiyyətlə Azərbaycanda pir anlayışı var. Dövlət başçımız da pirlərə, müqəddəs yerlərə həm özü gedir, həm də onların bərpası üçün pul ayırır. Amma bəzi cəhalət məsələləri var ki, din onları qəbul etmir. İnanclar var, amma bu videodakı görüntü hər hansı bir inancla bağlı deyil. "Quran” elmə əsaslanır. Quranda Allah ilk kəlməni "oxu” əmri buyurursa deməli elmli olmaq önəmlidir. Bir qaloşun bədənimizə sürtüb şəfa istəməyimiz sadəcə cahillikdir. Əslində Azərbaycanda inanclara inanan insanlar çoxdur. Onlar hardasa bu cür inanclara inanmaqla mənfi auranı  üzərlərindən götürmüş olurlar. Amma bunun islam dini ilə əlaqəsi yoxdur. Bu cür halların baş verməməsi üçün insanlar maariflənməlidir. Bir məsələni də qeyd edim ki, seyidlik anlayışı var. Allah buyurur ki, mənə vasitələrimlə yaxınlaşın. Peyğəmbərlər, imamlar, müqəddəs insanlar Allahın yer üzündəki nümayəndələridir. Seyidlik isə nəsildən-nəsilə keçir və bu yalnız atadan oğula keçə bilər”, - deyə Hacı Surxay qeyd etdi.  
 
Goranboy rayonunun Qurbanzadə kəndinin icra nümayəndəsi Mehman İbrahimov isə "Report"un Qərb böllgəsi üzrə mərkəzinə açıqlamasında deyib ki, həmin görüntülər ehsan zamanı çəkilib. "Həmin evdə Seyid Miribiş ağa yaşayıb. O, 1972-ci il iyunun 8-də dünyasını dəyişib və həmin ildən bəri övladları, sonra isə nəvələri ehsan süfrəsi açıb əhaliyə ehsan veriblər. O görüntülərə diqqətlə baxsaz görəcəksiz ki, heç bir qaloşdan söhbət getmir və bu kənddə "Qaloş piri" deyilən bir şey yoxdur. Sellofana bükülü olan isə seydin papağıdır. İnsanların o papağı toxunma istəkləri barədə isə heç nə deyə bilmərəm, bu, özlərinin seyidə olan inamlarıdır", deyə İbrahimov vurğulayıb.
 
Bir neçə gündür sosial şəbəkələrdə Goranboy rayon Qurbanzadə kəndində "Qaloş piri" nin olması barədə videogörüntü yayılıb. Həmin görüntünü diqqətinizə təqdim edirik:

 
Gülnar Nazimqızı

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol